Uğurlu gənclər siyasəti
31.01.2025 [16:41]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Azərbaycanda dövlət gənclər siyasətinin əsasını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qoyulmuşdur. Ulu öndərin 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratması gənc nəslin mütəşəkkil formada yetişdirilməsi məqsədi daşıyırdı. 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Keçirilən forum dövlət siyasətində gənclərə diqqət, qayğının daha da artırılmasına, gənclərlə işin canlanmasına əhəmiyyətli dərəcədə təsir etdi. Ümummili lider 2 fevral 1997-ci ildə imzaladığı sərəncama əsasən Azərbaycanda Gənclər Günü təsdiq olunmuşdur. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə nə qədər dəyər verdiyini, nə qədər diqqət və qayğı göstərdiyinin daha bir nümunəsi idi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verir.
2003-cü ildə cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.
Ulu öndər Heydər Əliyev deyirdi “ Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Həqiqətən də bu gün yetişən gənclər müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, lazım gəldikdə bu yolda canlarını da verməyə hazır olduqlarını nümayiş ertdirirlər.
Məhz 27 sentyabr 2020-ci ildə başlanmış 44 günlük Vətən müharibəsi zamanı gənclərimiz böyük qəhramanlıq, fədakarlıq nümayiş etdirərək vətəni nə qədər sevdiklərini, düşündüklərini göstərdilər.
Prezident İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. Ölkə başçısının “Bütün nəsillərdən olan vətəndaşlarımızın 44 günlük Vətən müharibəsində əldə edilən Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, gənclər haqqında söylədiyi bu fikirlər onlara verdiyi dəyərin bariz nümunəsidir.
Bu gün ölkəmizdə gənclər üçün yeni imkanlar yaradılır, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən nə lazımdırsa edilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

