Gənclərimizin təşəbbüsü və çalışqanlığı ölkəmizin inkşafına mühüm töhfə verir
29.01.2025 [17:27]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrlər sosial-iqtisadi çətinliklər, müharibə şəraiti və ideoloji təzyiqlərlə xarakterizə olunurdu. Heydər Əliyev məhz bu çətin şəraitdə düzgün strategiya tətbiq edərək, gənclərin enerjisini və potensialını milli maraqların qorunmasına yönəltmiş, onlara vətənpərvər ruhda formalaşma üçün baza yaratmışır. 1996-cı il fevralın 2-də keçirilən Birinci Gənclər Forumunda Ümummilli Lider gənclərə dəyərli tövsiyyələr vermişdir. O vaxtdan bu yana bir nəsil dəyişmiş, amma gənclər siyasəti hər zaman dövlətin prioritet istiqamətlərindən biri olaraq qalıb. 1990-cı illərin çətin reallıqlarını xatırlasaq, ölkə cəmi 6 illik müstəqilliyə malik idi, iqtisadiyyat çox ağır durumda idi. Sahibkarlıq az inkişaf etmiş, bazar iqtisadiyyatı prinsipləri hələ təməlini qurmağı bacarmamışdı. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanaraq böyük ümid vermişdir, amma bu layihənin mənfəət gətirəcəyini təxmin etmək çətin idi. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev gənclərə özünün prioritet yanaşması ilə göstərdi ki, onları milli inkişafın mərkəzi qüvvəsinə çevirmək mümkün idi. Bu siyasətin nəticəsində bu gün gənclərin cəmiyyətdə fəal rolu aşkardır. Gənclərin təşəbbüsü və çalışqanlığı ölkənin ümumi inkşafında mühüm yer tutur.
2003-cü ildən sonra Prezident cənab İlham Əliyev bu siyasətin inkişaf istiqamətlərini yeni səviyyəyə çatdırmışdır. Bu dövrdə gənclərlə bağlı bir çox dövlət proqramları qəbul edilmiş, 2007-ci il "Gənclər ili" elan olunmuş, 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə isə "Gənclər üçün Prezident Mükafatı" təsis edilmişdir. Bu siyasətdə milli maraqların prioritet olması 44 günlük Vətən müharibəsində mühüm rol oynadı. Həmin müharibədə, cənab İlham Əliyevin prezidentliyi dövründə formalaşmış gənclər ön planda idi. Vətən müharibəsindəki qəhrəmanlıqlara görə məhz həmin gənclərə minnətdarlıq ifadə edilərək, onlarla qürur duyulur.
Bugün Azərbaycan dövləti müstəqil, qürurlu və sabit bir ölkə olaraq irəliyə addımlayır. Heç bir xarici qüvvə bizim daxili işlərimizə müdaxilə edə bilməz. Doğrudur, belə cəhdlər olub və gələcəkdə də ola bilər. Lakin bu cəhdlərin heç bir nəticəsi olmayıb və olmayacaq. Bununla yanaşı, qarşıda duran çağırışlar və məsələlər var ki, bu çərçivədə biz gənclərimizi mütləq vətənpərvərlik ruhunda yetişdirməliyik. Gənclərdə Vətənə sevgi, bağlılıq və dövlət maraqlarını hər şeydən üstün tutmaq hissi formalaşdırılmalıdır. Bu, hər bir gəncin əsas vəzifəsidir. Azərbaycanın zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı və ana dili bizim qürur mənbəyimizdir. Ana dilimiz, müstəqillikdən əvvəl olduğu kimi, indi də qorunmalıdır. Dilin inkişafı təbiidir, lakin bu inkişaf milli köklərə əsaslanmalıdır. Azərbaycan dili o qədər zəngindir ki, yad təsirlərə ehtiyac yoxdur. Milli bayramlar, adət-ənənələr və dəyərlər hər birimiz üçün ən önəmli amillərdən olmalıdır. Bütün bunlar təmin edildiyi təqdirdə, Azərbaycan həmişə müstəqil qalacaq və hər zaman uğur qazanacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

