Nümunə ola biləcək qonşuluq münasibətləri
24.01.2025 [15:09]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Iki dost olkə arasındakı münasibətlər uğurlu inkişaf yolu keçmiş və bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlimişdir.
Prezident İlham Əliyevin Gürcüstana müntəzəm səfərləri, həmçinin, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ötən aylar ərzində ölkəmizə 3 dəfə, xüsusi ilə də qardaş ölkədə bu yaxınlarda keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu göstərir.
Prezident İlham Əliyev yanvarın 17 - də mətbuata bəyanatlarla çıxışında əvvəlcə “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib. Dövlət başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edib, əsrlər boyu Azərbaycan və Gürcü xalqlarının mehriban qonşuluq və dostluq şəraitində yaşadıqlarını, bu gün də bu ənənələrin davam etdiyini qeyd edib. Ölkə başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini , iki ölkə arasındakı siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini vurğulayıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan və Gürcüstan hökumətlərinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, investisiyaların cəlb edilməsi, hər iki ölkədə olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. Bunun nəticəsidir ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.
Azərbaycanla Gürcüstan arasındakı energetika sahəsindəki əməkdaşlıqdan bəhs edən ölkə başçısı qeyd edib ki, bu həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı iki ölkənin birgə həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil etdiyini, Gürcüstan tranziti vasitəsilə Azərbaycanın hazırda 11 ölkəyə öz təbii qazını ixrac etdiyini , ildən-ilə ixrac artdığını diqqətə çatdırıb. Cənab Prezident əlavə edib ki, “Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.
Prezident İlham Əliyev çıxışında Baş nazir İrakli Kobaxidze ilə Orta Dəhliz layihəsini müzakirə etdiklərini , iki ölkənin burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərdiyini, müvafiq qurumların koordinasiya şəklindəki fəaliyyəti, bu layihənin də uğurla başa çatdırılacağına əminliyini ifadə edib. “Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”- deyə ölkə başçısı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

