Möhkəm təmələ əsaslanan dostluq
22.01.2025 [16:29]
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycan və Gürcüstan dövlətləri, xalqları arasında dostluq əlaqələri dərin tarixi köklərə malikdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu günlərdə Azərbaycana işgüzar səfəri bir daha keçilən yolun təqdimatında və perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.
Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Yeni istiqamətlər müəyyənləşdirilir və uğurlu inkişafı üçün yol xəritəsi təqdim olunur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında enerji, nəqliyyat sahəsində görülən işlərdən, planlardan bəhs edərək bildirdi ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyamız genişlənəcək: “Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.
Prezident İlham Əliyev onu da vurğuladı ki, Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur. Sözügedən səfər çərçivəsində Orta Dəhliz layihəsi müzakirə edildi. Ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq: “Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.
Reallıq budur ki, energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün Azərbaycan və Gürcüstanı birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. İki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu deyil, Avrasiya üçün böyük məna daşıyır. İki qardaş ölkənin güclü siyasi iradəsi var. Eyni zamanda, yaradılmış güclü infrastruktur hədəflərə doğru inamla addımlamağa əsas verir. Ən əsası atılan addımların uğurlu olmasında Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı mühüm rol oynayır.
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun çox böyük rol oynadığı xüsusi qeyd edilir. Onların fəaliyyətləri sayəsində müstəqil Azərbaycan, müstəqil Gürcüstan inkişaf etməyə başlamışdı. Bu gün davamçıları onların yolu ilə gedir. Təbii ki, hazırda Gürcüstan və Azərbaycan daha da inkişaf etmiş ölkələrdir. Çağırışlarımız da, problemlərimiz də eynidir. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur” fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır: “Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik”.
Göründüyü kimi, möhkəm təmələ əsaslanan bu dostluq, qardaşlıq yüksələn xətlə inkişaf edir. Hər iki ölkə sulhün, sabitliyin, əməkdaşlığın tərəfdarı olduğunu atdıqları birgə addımlarla təsdiqləyirlər.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

