Həmrəylik Vətənə bağlılıq hisslərini və ideyalarını təşkil edir
27.12.2024 [17:27]
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir. Bu ideya dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarıdır. Dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelər və dövlət maraqları kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Təbii ki, Azərbaycan dövləti bu milli tələbatın, siyasi konsepsiyanın gerçəkləşməsində mövcud regional və qlobal şəraiti, ictimai-siyasi proseslərin yaratdığı reallığı nəzərə alır. Bu tarixi şəraitin yetişməsi və rəsmiləşməsinə nəzər salaq: 31 dekabr 1989-cu il. Məhz həmin gün xalqın iradəsi və yenilməz gücü ilə 70 il göz bəbəyi kimi qorunan SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər və istehkamlar sökülmüş, bir-birindən ayrı salınmış vətən övladlarının qovuşması üçün imkan yaranmışdı. Bu hərəkatı doğuran səbəblər, əlbəttə, on illiklər boyu bir-birindən təcrid edilmiş, aralarında keçilməz sədlər çəkilmiş Azərbaycan xalqının təbii hissləri ilə bağlı olsa da, bu hərəkat əslində, Sovet İttifaqının müstəmləkəçi siyasətinə, kommunist ideoloji sisteminə qarşı xalqın bütün demokratik, azadlıqsevər qüvvələrinin etiraz hərəkatı idi. Belə bir dövrdə Vətənə qayıdan, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Heydər Əliyev əhalini möhkəm milli-mənəvi birliyə, Azərbaycan Respublikası üçün təəssübkeşlik etməyə, onun uğrunda çalışmağa və mübarizə etməyə çağırdı. Beləliklə, Azərbaycanda müstəqil dövlət quruculuğunun bir sıra mühüm addımları Naxçıvanda, hələ Sovet hakimiyyətinin mövcud olduğu bir zamanda Heydər Əliyevin siyasi iradəsi ilə atılmağa başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da iki il əvvəl baş vermiş və tariximizə Sərhəd hərəkatı günü kimi düşmüş 31 dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü olaraq qeyd edilməsi məsələsi Ali Məclisdə geniş müzakirə edildi və tarixi qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edildi və həmin tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının ilk Qurultayı 2001-ci ildə Bakıda keçirilmiş və bununla da ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı 21 il ərzində isə keçirilmiş 4 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı ildə, V qurultay isə Qarabağın incisi sayılan Şuşa şəhərinin keçirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

