Azərbaycan idmanı yüksələn xətlə inkişaf edir
27.12.2024 [17:06]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Dövlət başçısı cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 21 il müddətdə verdiyi sərəncamlarla imzaladığı qərarlarla, daim xalqın mənafeyindən çıxış etdiyini göstərmişdir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında dəyərləndirilir, eləcə də dünya mətbuatında işıqlandırılır.
Ümumiyyətlə, bu gün Azərbaycan dünyada təkcə siyasi, sosial-iqtisadi uğurları ilə deyil, eyni zamanda, idman sahəsində də əldə etdiyi nəticələrlə bütün diqqəti öz üzərinə çəkmişdir.
Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı zaman idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlar qazanan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi.
İlk dəfə 2003-cü ilin prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ölkə rəhbəri olaraq idmanın inkişafına göstərdiyi diqqət isə idman fəaliyyətinin ikinci mərhələsi hesab olunur. Ölkə başçısı son 21 il ərzində həm Azərbaycan Respublikasının Prezidenti, həm də MOK rəhbəri olaraq ölkəmizdə idmanın inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Ötən 21 ildə Azərbaycan beynəlxalq Olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilmişdir. 2004-cü il Afina, 2008-ci il Pekin və 2012-ci il London, 2016-ci il Rio de Janeiro, 2021-ci il Tokio Olimpiya oyunlarında qazanılmış uğurlar bunu deməyə əsas verir.
Prezident İlham Əliyev idman infrastrukturunun möhkəmləndirilməsi, genişləndirilməsi, yeniləşdirilməsi və bu sahənin inkişafına da xüsusi diqqət yetirir. Dövlət başçısı ölkənin hər bölgəsində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyaslı turnirlərə ev sahibliyi edərək idman ölkəsi kimi tanınır. Bütün bunlar son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların nəticəsidir. Tam əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı hələ çox yüksəlişlər gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

