Dünyaya növbəti ismarıc
25.12.2024 [17:34]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Cari ilin 17 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib. Dövlətimizin başçısı “Rossiya-1” televiziya kanalında verdiyi müsahibədə “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyovun suallarını cavablandıran zaman bildirmişdir ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir.
Prezident İlham Əliyev Rusiya ilə Azərbaycanın iki etibarlı tərəfdaş olduğunu vurğulayaraq münasibətlərin inkişafından məmnunluğunu ifadə etmişdir. Rusiya Prezidentinin Azərbaycana etdiyi son dövlət səfəri ikitərəfli əlaqələrin tarixi məqamlarından biri olmuşdur. Bu səfər zamanı əməkdaşlığın daha dərinləşdirilməsi və yeni sahələrin araşdırılması ilə bağlı mühüm razılaşmalar əldə edilmişdir. Ticarət dövriyyəsinin artması, iqtisadi əməkdaşlıq sahəsində yeni imkanların araşdırılması və mədəni əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin dinamikliyini təmin edən əsas amillərdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan müstəqil xarici siyasət yürüdən bir aktor olaraq dünya miqyasında tanınır. Azərbaycanın həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə strateji müttəfiq olması onun beynəlxalq arenadakı unikallığını təsdiq edir.
Müsahibədə Azərbaycanın xarici siyasətində balanslı yanaşma prinsiplərinə sadiqliyi və regional sabitliyə töhfə vermək səyləri xüsusilə qeyd olunmuşdur. “Detente” (gərginliyin azaldılması) anlayışının beynəlxalq münasibətlərə yenidən daxil edilməsi zərurəti də dövlətimizin başçısı tərəfindən önə çəkilmişdir.
Dövlətimizin başçısı müsahibədə Fransanın, Hindistanın və ABŞ-ın Ermənistanı silahlandırmasından danışaraq qeyd etdi ki, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər. ABŞ isə bunu etiraf etmir. Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına bu mesajı çatdırdı ki, Ermənistanın silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərinin nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Bu, belə davam edərsə, sonradan Azərbaycana qarşı heç bir irad tutulmasın.
Ümumiyyətlə, müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu münasibətlərin genişlənməsində dövlət başçıları arasında dostluq münasibətləri xüsusi rol oynayır.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

