YAP-ın Sədr müavini Əli Əhmədov Saatlıda partiyanın fəalları ilə görüşüb
02.04.2013 [01:44]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov martın 30-da Saatlı rayonunda partiyanın fəalları ilə görüşüb.
Əli Əhmədov Saatlı rayonunda YAP-ın yeni istifadəyə verilən inzibati binası ilə tanış olub.
Gənclər Mərkəzində keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev məlumat verərək bildirib ki, partiyanın 7522 nəfər üzvü 77 ilk ərazi təşkilatında birləşib və fəaliyyət göstərir. Üzvlərin 35 faizini gənclər, 30 faizini isə qadınlar təşkil edir. L.Şıxəliyev partiyanın fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edib.
Fəallar qarşısında çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, bu gün Saatlı rayonunu əzəmətli, gözəl, inkişaf etməkdə olduğunu görmək insana çox xoş təsir bağışlayır: “Saatlı rayonunda aparılan tikinti, abadlıq işlərini Azərbaycanın inkişafının bariz nümunəsi hesab etmək olar. Saatlı sözün həqiqi mənasında bu rayonda yaşayan, işləyən hər bir sakinə layiq səviyyədə inkişaf edir. Rayonda görülən işlər Prezident İlham Əliyevin dediyi kimi, xalqa xidmətin göstəricisidir. Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin əsl qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə, xoşbəxt yaşasınlar. İnsanların yaxşı yaşaması onların təbii haqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdrik şəkildə idarə olunmasının nəticəsidir. 10 il ərzində 20 dəfə büdcəsi artan Azərbaycanın hesabında bu gün 20 milyard manat vəsait var. Problemlərimizin həll olunması imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, əbədi olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha sıx birləşməkdən ibarətdir”.
Əli Əhmədov partiya fəallarının qarşısında duran vəzifələrdən də danışıb. Qeyd edib ki, hər bir partiya üzvü seçkilərdə fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdır.
Görüşdə YAP fəallarından əməkdar müəllim Oktay Məmmədov, Ruxsarə Səmədova, Rübabə Allahverdiyeva və başqaları çıxış edərək Saatlı rayon sakinlərinin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız Ona səs verəcəklərini bildiriblər.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

