Ağdamın şöhrəti özünə qayıdacaq
20.11.2024 [15:26]
Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin bu Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Birmənlı olaraq qeyd etməliyik ki, şanlı zəfərimizin əbədiləşdirilməsi məqsədilə verilmiş bu qərar böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir. Çünki Vətən müharibəsindəki parlaq Qələbə bizim şanlı tariximizdir və bu tarix gələcək nəsillərin də yaddaşında mütləq yaşamalıdır.
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı 1993-cü il 23 iyul tarixində baş vermişdir. 42 gün davam edən döyüşlər rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdur. Rayon uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Qeyd olunmalıdır ki, məhz Ağdam erməni işğalı nəticəsində ən çox dağıntılara məruz qoyulmuş rayonlarımızdan biri olub. Təsadüfi deyil ki, rayon işğaldan azad edildikdən sonra bura gələn və erməni vandalizminin nəticələrini görən xarici jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırmışlar. Erməni qəsbkarları digər işğal etdikləri ərazilərimizdə olduğu kimi, Ağdamda da qəsdən mədəni və dini abidələrimzi dağıntılara məruz qoymuş, təhqir və qarət etmişlər. Bundan başqa işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı II Qarabağ savaşını tarixi Qələbə ilə başa vurduqdan sonra imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi.
Bu gün işğaldan azad olunmuş bütün digər ərazilərimiz kimi Ağdam rayonu da sürətlə bərpa edilir. Bərpa işləri 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq Ağdama etdiyi səfərlər burada aparılan işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Dövlətimizin başçısı təkcə bu il artıq üç dəfə Ağdama səfər etmişdir. Bu səfərlər çərçivəsində cənab Prezident Ağdam Sənaye Parkında yeni zavodların açılışlarında, İmarət Kompleksinin bərpadan sonra açılışında, “Aghdam City Hotel”in açılışında, “İmarət” stadionunun təməlqoyma mərasimində və onlarla digər mühüm tədbirlərdə şəxsən iştirak etmişdir. Birmənalı olaraq deyə bilərik ki, ən qısa zamanda Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq və bu rayon yenidən respublikamızın ən füsunkar bölgələrindən birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

