Azərbaycan sürətli, dinamik inkişaf mərhələsini yaşamaqdadır
22.02.2013 [02:21]
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın Salyan rayon təşkilatının fəalları və gəncləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Salyan rayonunda partiyanın Salyan rayon təşkilatının fəalları ilə görüşüb. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib ki, rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnaməsinə, həmçinin, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun şəkildə qurub. Rayon təşkilatının Salyan rayonunun ictimai-siyasi həyatında mühüm rol oynadığını və partiya üzvlərinin öz fəallıqları ilə seçildiyini söyləyən R.Cəbrayılovun sözlərinə görə, YAP Salyan rayon təşkilatı 17 iyul 1993-cü ildə təsis olunub. Bu gün rayon təşkilatının 6588 nəfər üzvü 92 ərazi ilk partiya təşkilatında birləşib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib ki, hər bir Azərbaycan vətəndaşı bu gün səmimi olaraq etiraf edə bilər ki, Azərbaycan sürətli, dinamik inkişaf mərhələsini yaşamaqdadır. Bir çox xalqlar özünün qızıl əsrini keçmişdə axtardığı halda Azərbaycanın qızıl əsri bizim yaşadığımız bu günlərə təsadüf edir. Təbiidir ki, qürur verən, sevindirən məqam ondan ibarətdir ki, bizim hər birimiz Azərbaycanın müasir tarixinin və bütövlükdə Azərbaycanın ən əlamətdar və yaddaqalan dövrünün müasirləriyik: “Eyni zamanda, xüsusi qürur yaradan odur ki, Azərbaycanın qızıl əsrinin formalaşması Azərbaycanın dinamik inkişafı, dünyanın ən müasir dövlətlərindən birinə çevrilməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin ardıcıl surətdə həyata keçirilməsinin nəticəsi olaraq gerçəkliyə çevrilibdir. Azərbaycan Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməsi nəticəsində son illərdə çox böyük inkişaf tempi göstərməkdədir. Hesab edirəm ki, Azərbaycanın inkişafının göstəricilərini ifadə edən rəqəmləri sizin diqqətinizə çatdırmağa ehtiyac yoxdur. Hər bir Azərbaycan vətəndaşı kimi siz də ölkəmizin son illər ərzində dinamik inkişafının statistik ifadəsini gözəl bilirsiniz. Sadəcə bunu demək lazımdır ki, xüsusilə də, son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf tempi böyük bir rəqəmlə ifadə edilir. 10 -11 il bundan əvvəl Azərbaycanın dövlət büdcəsi təxminən 1 milyard dollara bərabər idi. Bu gün 2013-cü il üçün Azərbaycanın təsdiq olunmuş dövlət büdcəsi 25 milyard dollardır. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi bu illər ərzində 25 dəfə artmışdır. Bu, ölkəmizinin gücünün, qüdrətinin artmasının ifadəsidir. Bu, Azərbaycan iqtisadiyyatının möhkəm təməllər üzərində qərar tutmasının göstəricisidir”.
Əli Əhmədov deyib ki, son illər ərzində Azərbaycan dövləti bütün istiqamətlərdə əsaslı şəkildə inkişaf edib, müasirləşib. Onun sözlərinə görə, Azərbaycanın bir dövlət olaraq inkişafı, dünya birliyində mövqeyinin möhkəmlənməsi ölkəmizin hər bir vətəndaşında qürur mənbəyinə çevrilib. “Azərbaycan müasirləşir, yeniləşir, Azərbaycanın hər bir yerində böyük infrastruktur layihələri həyata keçirilir, eyni zamanda, Azərbaycanın müasirləşən siması Azərbaycan vətəndaşlarının duyğularında, düşüncələrində də əhəmiyyətli dəyişikliklər yaratmışdır. Biz indi həm dövlətimizin gücünə inamını dərk edərək, eyni zamanda, həyatımızda baş verən dəyişiklikləri dəyərləndirərək özümüzü daha inamlı hiss edirik. Azərbaycanın hər bir vətəndaşı gələcəyə böyük ümidlərlə baxır. Hesab edirəm ki, bizim nailiyyətlərimizin içərisində gələcəyə ümidlə baxmaq amili də əhəmiyyətli rol oynayır. Heç bir Azərbaycan vətəndaşı gələcəyindən nigaran deyil. Heç bir Azərbaycan vətəndaşı öz övladlarının gələcəyindən nigaran deyil. Ona görə ki, Azərbaycanın inkişaf etməsi, dirçəlişi hər bir vətəndaşın, ailənin həyatında bu və ya digər dərəcədə öz əksini tapır. Ona görə ki, hər bir Azərbaycan vətəndaşı hər gələn yeni ildə öz həyatında yeniliyin, dəyişikliyin olacağına əmindir”, - deyə YAP İcra katibi vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, hər bir vətəndaşımız, valideyn ölkəmizdə sabitliyin, əmin-amanlığın böyük bir sərvət olduğunu dərk edir və dinclik, əmin-amanlıq şəraitində yaşayır: “Əlbəttə, biz birmənalı şəkildə onu da etiraf etməliyik ki, sabitlik, dinclik, əmin-amanlıq inkişafın fundamental əsaslarından biridir. Elə bir ölkəni nümunə göstərmək mümkün deyil ki, sabitliyin pozulması zəminində qeyri-sabitlik əsasında inkişafa nail ola bilsin. Əksinə, biz dünyada baş verən hadisələri dəyərləndirməli olsaq, təbiidir ki, sabitliyin pozulmasının ən çox əziyyətini çəkənlərin insanlar, adi vətəndaşlar olduğunu dərk edir, qiymətləndiririk. Çünki sabitlik pozulanda ailələrin rahatlığı pozulur, dinclik pozulur, insanların gələcəyə ümidləri qalmır. Ölkədə nə qədər sərvət olsa da sabitlik yoxdursa, əmin-amanlıq yoxdursa, bu sərvətin heç kəs üçün bir dəyəri olmur. Ona görə də, Azərbaycanda insanlarımızın yüksək qiymətləndirdiyi reallıqlardan və gerçəkliklərdən biri də ondan ibarətdir ki, bizim insanlarımız sabitlik, dinclik içərisində yaşayırlar. Bu, bir tərəfdən, bizim həyatımızın keyfiyyətidir, əhəmiyyətli bir amilidir, digər tərəfdən isə inkişaf üçün etibarlı bir bazadır”.
Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov həmçinin, qeyd edib ki, bu gün Azərbaycanın inkişafının fundamental əsaslarından biri də Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində yaratdığı, təmin etdiyi sabitlik, dinclik, əmin-amanlıqdır ki, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri və qətiyyəti nəticəsində sabitlik və əmin-amanlıq qorunub saxlanılır, bu sabitlik və əmin-amanlıq hər bir Azərbaycan vətəndaşına, ailəsinə xidmət edir.
Görüşdə çıxış edən partiya fəalları və digər natiqlər xüsusilə qeyd ediblər ki, hər zaman dövlətimizə və partiyamıza sədaqətli olan, Ulu öndər Heydər Əliyevin siyasi yolunu və Onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirildiyi siyasəti dəstəkləyən Salyan rayon sakinləri bu ilin sonunda keçiriləcək prezident seçkilərində YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər.
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov həmçinin, YAP Salyan rayon təşkilatının gəncləri ilə də görüşüb. Görüşdə çıxış edən Əli Əhmədov deyib ki, Azərbaycanda fəal, ictimai-siyasi həyatımızda iştirak edən, siyasi cəhətdən və ictimai fəallıq baxımından özünü ifadə etməyə ehtiyacı olan gənc nəsil formalaşıb. Yeni Azərbaycan Partiyası gənclərə fəallıqlarını nümayiş etdirməsi üçün, onların öz potensiallarından istifadə etmələrindən ötrü hər cür şəraiti yaradıb. Yeni Azərbaycan Partiyası olaraq hesab edirik ki, bu, böyük platformada Azərbaycanın fəal gəncləri özlərini ifadə etmək, özlərini cəmiyyətə təqdim etmək şansı qazanıblar.
Daha sonra gənclərin müxtəlif sualları cavablandırılıb.
Görüşün sonunda YAP Salyan rayon təşkilatı gənclərinin adından Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədova xatirə hədiyyəsi təqdim olunub, həmçinin, partiyanın fəal gəncləri qiymətli mükafatlarla təltif olunublar.
Qeyd edək ki, görüşlərdə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.
Aqşin
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35

