Türk dünyasının güclənməsi tarixi zərurətdir
14.11.2024 [15:10]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edərək bir daha təşkilatın güclündirilməsinin və qlobal miqyasda daha nüfuzlu güc mərkəzlərindən birinə çevrilməsinin vacibliyini diqqətə çatdırmışdır. Xüsusilə diqqətə çatdırılmışdır ki, ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq böyük önəm kəsb edir. Həm də bu önəm son vaxtlar dünyada getdikcə çoxalan təhlükələrin fonunda daha da artır. Dövlətimizin başçısı son dövrlərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişləndiyini, silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirildiyini təqdirəlayiq hal kimi qeyd etdi və bildirdi ki, hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Birmənalı olaraq deyə bilərik ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasət kursunun prioritetləri müəyyən edilərkən Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi əsas istiqamət kimi müəyyən edilib. Təsadüfi deyil ki, cənab Prezident Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin daha da intensivləşdirilməsi məqsədilə bu ilin iyun ayında Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilmiş plenar iclasında təşkilatın ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Təşkilata üzv ölkələrin rəhbərləri tərəfindən bu təşəbbüs dəstəklənmiş və iyul ayının 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutmuşdur.
Həmin sammitdə çıxış edən cənab Prezident İlham Əliyev Türk dünyasının böyük coğrafi məkanı əhatə etməsini, üzv ölkələrdə müsbət demoqrafik dinamikanın müşahidə olunduğunu, öz hərbi potensialını döyüş meydanlarında dəfələrlə göstərdiyini, ölkələrimizin zəngin təbii resurslara, onların nəqli üçün müasir infrastruktura sahib olduqlarını, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərinin mövcudluğunu vacib amillər kimi diqqət mərkəzinə çəkmişdi. Bu gün Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların həcmi getdikcə artmaqda davam edir. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
Bişkek Sammitində çıxış edən cənab Prezident 200-ə yaxın ölkənin yekdil rəyi ilə Azərbaycanda keçiriləcək COP29 iqlim konfransının işində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fəal iştirak edəcəklərinə əmin olduğunu vurğulamaqla, bu beynəlxalq tədbirin də əhəmiyyətini bir daha vurğulamış oldu. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da inamla davam etdirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34

