44 günün Zəfəri
06.11.2024 [17:29]
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Zəfər Günü ilə əlaqədar “44 günün Zəfəri” mövzusunda tədbir keçirib.
Şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qarşıdan gələn 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Natiq bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 noyabr tarixinin hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb: “Bu şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, o cümlədən torpaqlarımızı canları bahasına azad edən şəhidlər və sağlamlığını itirən qazilər xalqımıza bəxş etdi. 2020-ci ilin sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu”.
G.Bayramov qeyd edib ki, noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi: “Bu Zəfər dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Dünya azərbaycanlıları milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Böyük Qələbəni yüksək səviyyədə qeyd edir”.
Tədbirdə iştirak edən şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək bildirib ki, biz qalib ölkənin vətəndaşlarıyıq: “Azərbaycan xalqı xoşbəxtdir ki, bu tarixi Qələbənin sevincini böyük qürur hissi ilə yaşayır. Bizə bu xoşbəxtliyi yaşadan Ali Baş Komandana və müzəffər ordumuza təşəkkür edirik. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.
Daha sonra tədbir iştirakçılarından Qarabağ Müharibəsi əlili Mirzəmməd Orucov, partiya fəallarından Namiq Cəfərov, Şəmistan Yusifov, Dilarə Əsgərova və başqaları şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Onlar dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdikləri diqqət və qayğını yüksək dəyərləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26

