/ / Qaradağ rayonunda “Azərbaycan-Türkiyə - bir millət, iki dövlət” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayonunda “Azərbaycan-Türkiyə - bir millət, iki dövlət” mövzusunda dəyirmi masa keçirilib
29.10.2024 [17:26]
Oktyabrın 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi “Azərbaycan-Türkiyə - bir millət, iki dövlət” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, Qaradağ rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dəyirmi masada Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Türk və Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev 1923-cü il oktyabrın 29-da təsis edilmiş Türkiyə Cümhuriyyətinin formalaşması, keçdiyi tarixi yol, qədim və zəngin qardaşlıq ənənələrinə əsaslanan Azərbaycan – Türkiyə dostluğu, bu dostluğun tarixin müxtəlif mərhələlərində keçdiyi sınaqlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, tarix boyu xarici istilaçılara qarşı birgə mübarizə aparan Türkiyə və Azərbaycan xalqları ən ağır günlərində əl-ələ verərək torpaqlarımızın bütövlüyü uğrunda birlikdə vuruşublar. İstər tarixi Çanaqqala döyüşündə, istər Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsində, istərəsə də Qarabağ Zəfərinin əldə edilməsində çiyin-çiyinə döyüşən oğullarımız bir-biri üçün qanından və canından keçməkdən çəkinməyiblər.
Dəyirmi masada çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lərin” nümayəndəsi Munis Bayramov müəllifi olduğu “Türkün dastanı” poeması əsasında qədim türk xalqlarının tarixi mənşəyi, azərbaycanlıların bu qrupun aparıcı etnoslarından biri olması, tarix boyu yaratdıqları imperiyalar, fəth etdiyikləri ərazilərə gətirdikləri yüksək mədəniyyət, adət və ənənələr haqqında ətraflı məlumat verib. O bildirib ki, məhz həmin ənənələrin bu gün davam etdirilməsi nəticəsində daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğu Türk Dövlətləri Təşkilatının yaranması və Türk birliyinin daha da möhkəmlənməsinə mühüm təsir göstərib.
Tədbirdə çıxış edən AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Fizuli Qurbanov Azərbaycan-Türkiyə dostluğunun fəlsəfi-tarixi kökləri, eyni kökdən olan xalqlarımızın bu gün iki ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu nəticəsində daha da güclənməsi barədə ətraflı bəhs edib.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan-Türkiyə dostluğunun günbəgün möhkəmlənəcəyinə və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini ifadə edib, iştirakçılara minnətdarlığını bildirib.
Sonda “Bir millət, iki dövlət” mövzusunda videoçarx nümayiş etdirilib və xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

