Azərbaycan siyasətinə hörmət və dəstəyin təzahürü
29.10.2024 [13:16]
Polad Ağakişiyev,
YAP Qazax rayon təşkilatının məsləhətçisi
2006-cı ilin iyununda Sankt Peterburq İqtisadi Forumunda 4 dövlətin - Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilmiş BRİC-ə 2011-ci ilin fevralında Cənubi Afrika respubliukası da qoşulduqdan sonra təşkilata üzv ölkələrin baş hərflərindən ibarət BRİCS yarandı. Hazırda BRİKS öz sıralarında 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası təşkilatdır. Qabaqlar investisiya imkanlarını müəyyən edən təşkilat 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasi baxışları əlaqələndirən vahid geosiyasi blok kimi tanınır. Çünki birliyin yaradılmasının əsas məqsədləri qlobal böhranın nəticələri ilə mübarizə və iştirakçı ölkələrin daxili iqtisadiyyatlarına xarici bazardan təzyiqləri azaltmaq olsa da, dünyada sürətlə dəyişən geosiyasi reallıqlar BRİKS-in fəaliyyət diapozunun genişlənməsini şərtləndirir.
Bununla belə, sərt strukturu, mənzil-qərargahı və nizamnaməsi olmayan BRİCS mahiyyət etibarı ilə əməkdaşlıq üçün qeyri-formal platformadır. Hazırda təşkilatın müəyyənləşdirdiyi hədəflər iştirakçı ölkələr arasında ticarət və investisiyaların artması, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması,yüksək texnologiyaların inkişafı,mikro, kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirməklə BRİKS-ə üzv ölkələrin özəl biznes sektorunun dəstəklənməsi və sairdir.İndi inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı, qlobal problemlərin ümumi həlli yollarını tapmağı və heç bir gücün hökmranlıq etməyəcəyi çoxqütblü dünya nizamı formalaşdırmağı hədəfləyən BRİCS bir çox ölkələr üçün cəlbedici platformaya çevrilib.
Bu gün bütün sahələr üzrə Cənubi Qafqazın lider ölkəsi, habelə təhlükəsizliyin qarantı olan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu kifayət qədər güclənmişdir. Bu nüfuz ilk növbədə Azərbaycanın indiyədək öz üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalması, həmişə sözü ilə imzasının bir olması və beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi tanınması ilə qazanılıb. Həm də ona görə ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycan üçüncü tərəfə qarşı yönəlmiş iqtisadi və ya hərbi-siyasi bloklara daxil olmağa can atmır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 24 oktyabr tarixində təşkilatın XVI sammitinin keçirildiyi Kazana səfəri, o cümlədən, “Outreach”/”BRİCS+” formatının plenar iclasında iştirakı və çıxışı çox yaddaqalan oldu. Dövlətimizin Başçısı çıxışı zamanı bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacağını vurğulayan Ölkə Rəhbərimiz qeyd etdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05

