“Zəfər tariximizin fatehləri”
01.10.2024 [18:10]
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” adlı kitabının təqdimat mərasimi keçirilib.
YAP Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi zəfərlərdən bəhs edib, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışıb.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi: “Bu müharibə xalqımızın öz Vətənini müdafiə etmək əzmində olduğunu göstərdi. Qələbənin qazanılmasında əsas amillər sırasında ölkəmizin iqtisadi və hərbi gücü xüsusi vurğulanmalıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazanılan tarixi Zəfər məhz bu siyasətin məntiqi nəticəsidir”.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Zərifə Quliyevanın müəllifi olduğu “Zəfər tariximizin fatehləri” kitabında xalqımızın zəfər yürüşü geniş əksini tapıb. Onun sözlərinə görə, kitabda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərindən də geniş bəhs olunur.
Tədbirdə, həmçinin YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, kitabın redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əliqismət Bədəlov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun politologiya və siyasi sosialogiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, YAP Veteranlar Şurasının üzvləri - Tahir Quliyev, professor Adilə Abbasova, Əməkdar jurnalist Tahir Məmmədov və şairə-publisist Nəsibə İsrafilqızı çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar.
Qeyd ediblər ki, kitabda müəllifin Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva haqqında yazılmış məqalələri, son illərdə müxtəlif media orqanlarında dərc olunan şərhləri və müsahibələri toplanıb. Nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsindən, bu müqəddəs amallar uğrunda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsindən, xüsusilə dünya azərbaycanlılarının dövlət başçımızın ətrafında sıx birləşməsindən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın humanizm meyarına əsaslanan fəaliyyətindən bəhs edilib. Diqqətə çatdırılıb ki, kitab milli-mənəvi dəyərlərin təbliğ olunması, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması istiqamətində aparılan işlərə böyük töhfələr verəcəkdir.
Kitabın müəllifi, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək deyilən xoş sözlərə görə və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən bəhs edib. Vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində azad edilmiş ərazilərimiz qısa zamanda dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

