44 günlük Vətən müharibəsi erməni vandalizminə tarixi dərs oldu
27.09.2024 [12:19]
Bu gün xalqımız böyük zəfər ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr - Anım Gününü qeyd edir, həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsini anır.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən, Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsi müasir Azərbaycan tarixində çox vacib bir mərhələnin başlanğıcı oldu. 44 günlük müharibədə qəhrəman oğullarımız öz həyatlarını Vətəninə qurban verərək xalqımıza bu qələbə sevincini yaşatdılar, 30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdilər. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına qarşı əsrlər boyu terror və cinayətlər törədən erməni vandalizminə tarixi dərs oldu.
İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan hökuməti 2020-ci il 27 sentyabrın səhər saatlarında Azərbaycana qarşı hücuma keçdi. Mənfur planlarını həyata keçirmək, yeni torpaqları işğal etmək məqsədilə düşmən hərbi obyektləri, mülki əhalini hədəfə aldı. Təcavüzkar hökumətin diktatura rejimi öz əsl xislətini göstərməkdən çəkinmədi. Bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha nümayiş etdirdi. Ermənistanın faşist xislətli silahlı birləşmələrinin Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, əzəli-əbədi torpaqlarımızda təxribat törətməsi, dinc sakinlərə atəş açması dünya ictimaiyyətinin gözü önündə baş verdi.
2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Şanlı Ordumuzun dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatı dillərə dastan oldu. 44 günlük Vətən müharibəsi doğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi. Ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” birdəfəlik təsdiq edildi. Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi ilə Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına son qoyuldu.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”
Azərbaycanın tarixi zəfəri ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində reallaşdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycanın Dövlət-Xalq-Ordu birliyi sayəsində işğalçı Ermənistanın, mənfur düşmənin sinsi-sinsi həyata keçirdiyi təcavüzkar, məkrli planları alt-üst oldu. Rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi.
Qarabağımıza qalib sərkərdə kimi qədəm qoyan Müzəffər Ali Baş Komandan müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, əzəli, əbədi torpaqlarımıza sahib çıxdı. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı birdəfəlik puç oldu, düşmənin qondarma xunta rejimi məhv edildi.
Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın həmrəyliyi nəticəsində işğal altındakı bütün kənd və qəsəbələrimiz düşmən tapdağından azad edildi. Üçrəngli Azərbaycan bayrağı işğaldan azad edilən torpaqlarda dalğalandı. Bir daha dünyaya sübut edildi ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır. Ən əsası isə qalib Prezidentimizin vurğuladığı kimi: “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.
Bu gün şəhidlərimizin ruhu şaddır. Əsası Ulu Qndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan suverenliyini tam bərpa edib, bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

