Laçın rayonu yeni inkişaf dövrünə başlayıb
26.08.2024 [13:08]
26 avqust “Laçın şəhəri günü” Azərbaycanın əlamətdar günlər təqviminə bu ildən yeni adla – xalqımızın şan-şərəf salnaməsinin bir səhifəsi kimi daxil olur.
Artıq ikinci ildi qeyd ediləcək bu gün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam Vətən müharibəsində qazanılan tarixi Qələbəni əbədiləşdirmək məqsədilə imzalanıb.
Hələ illər öncə Prezident özünün 50 illiyini Ağcabədi rayonu ərazisində, Taxtakörpü qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə keçirmişdi. Prezident o görüşdə demişdi ki, tezliklə bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq. Cəmi 10 ildən sonra arzular reallaşdı, ümidlər doğruldu. Torpaqlarımız işğaldan azad ediləndən sonra isə, 2021-ci ildə Prezident İlham Əliyev növbəti doğum gününü Şuşada ailə üzvləri ilə birlikdə qeyd etdi. Azad Şuşadan başlayan azadlıq təntənəsi Laçında davam etdirildi. İndi laçınlılar öz ocaqlarında, Prezident və birinci xanım da onlarla bərabər xoş günlərini qeyd etdilər. Bu, bir ənənə, xalqa, millətə sadiqlikdir. Vətən müharibəsində əldə edilən şanlı zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı onunla birgə olan birinci xanım Mehriban Əliyeva özünəməxsus səmimiyyətlə xalqın rəğbətini qazanmışdır. Mehriban xanım hətta keçən il özünün doğum gününü belə işğaldan azad edilən ərazilərdə, o ərazilərə yenicə köçmüş insanlarla keçirdi. Uşaqlarla birlikdə, bayram şənliyinə qatıldı, vətəndaşlarla səmimi söhbətlər etdi. Artıq bu, bir ənənə halını alıb. Prezident, Birinci vitse-prezident öz ad günlərini düşməndən azad edilən Qarabağ torpaqlarında, Azərbaycan üçün əhəmiyyətli, taleyüklü tədbirlərdə keçirirlər.
Bir mövzunu da xüsusilə qeyd etmək lazımdır ki, ermənilər Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edərkən dünya ölkələrinin gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar, ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə-yeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xətlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Şübhəsiz ki, onlar törətdikləri hər bir əmələ görə cavab verməli olacaqlar. Onların cəzası beynəlxalq müstəvilərdə, beynəlxalq hüquq tərəfindən veriləcək.
Sonda bir daha qeyd etmək istərdik ki, bundan sonra hər birimiz başımızın tacı olan hər qarış torpağımızı göz bəbəyimiz kimi qorumalıyıq. Bundan sonra hər sabahımız bütöv Azərbaycana açılacaq. 26 avqust, Laçın şəhəri günü isə təkcə buradakı sakinlər və ümumilikdə laçınlılar üçün deyil, bütün Azərbaycan xalqı üçün əlamətdar, tarixi bir gün olacaq.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxİdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30

