Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
23.08.2024 [20:39]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Goranlı kəndində Kürəkçay qəsəbəsi və Goranlı kəndindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşləri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, tarixi inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.
Deputatlığa namizəd Bədəl Bədəlov isə qeyd edib ki, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən mayakdır. Dövlət müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan 1993-cü ildən bu günədək dünyanı heyrətləndirən uğurlara imza atıb. Namizəd vurğulayıb ki, tarixi zəfərimiz bu uğurların zirvəsində dayanır.
Tədbirdə təşviqat qrupunun üzvləri - Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, şəhid Orxan Namazovun anası Nailə Məmmədova, şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, İbrahim Həsənov, Sakit Məmmədov, Əzra Həşimova, Yeganə Məmmədova və qərargah üzvü Gündüz Hacıyev çıxış edərək deyiblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsi kimi yüksək nüfuz qazanıb. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər isə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Bədəl Bədəlov Goranlı kəndində Vətən müharibəsi şəhidi İxtiyar İlqar oğlu Əliyevin ailəsini ziyarət edib.
Bədəl Bədəlov həmçinin YAP Goranboy rayon təşkilatının qərargahında qadın seçicilərlə də görüş keçirib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

