Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır
16.08.2024 [16:53]
Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında bildirib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır: “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal hesab edirəm ki, çox yaxşı nəticədir.Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada həm də, idman ölkəsi kimi tanınır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Həm dünya, həm də, Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc və fərəh hissi yaradır. Bu nailiyyətlərin əldə olunması birmənalı olaraq ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasəti sayəsində mümkün olub. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ukdə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın qeyd olunan istiqamətdə böyük potensiala malik olduğunu təsdiqləyir. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları göstərdi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. İlk Avropa Oyunlarının, Formula 1” beynəlxalq yarışın ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın inkişafına göstərilən diqqəti dünyaya bəyan etdi. Azərbaycan “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında da qalibiyyətə imza atdı. Bütün bunlar ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi idman siyasəti dayanır. Ulu Öndər daim gənclərimizin fiziki sağlamlığını prioritet məsələ kimi öndə saxladı. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət atdığı addımlarda özünün aydın ifadəsini tapır.
Azərbaycanın olimpiya oyunlarında iştirakı həmişə uğurlu olub. Əldə edilən uğurlu nəticələr bu qənaətə əsas verir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bildirdi ki, Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir: “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir.
Azərbaycan idmançıları hər bir yarışdan qələbə sorağı ilə vətənə dönürlər. Olimpiya Oyunlarında da bir daha Qalib Azərbaycanın bayrağını yüksəkliklərə qaldırdılar, dövlət himnimiz səsləndirildi. Azərbaycan uğurlu modelini, gücünü bütün dünyaya hər bir sahədə göstərir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

