YAP-ın yaranmasının 20 illiyi Hacıqabul rayonunda təntənəli şəkildə qeyd edilib
24.10.2012 [00:59]
Hacıqabul şəhər Mədəniyyət Evində davam etdirilən bayram tədbiri dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov bildirib ki, ötən 20 ildə Yeni Azərbaycan Partiyası qələbələrlə zəngin, şərəfli bir tarix yaşayıb. Onun sözlərinə görə, YAP tarixi zərurətdən yaranıb: “Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən biri də bugünkü uğurlarımızda mühüm rol oynayan, xalqın böyük əksəriyyətini təmsil edən YAP-ın yaradılmasıdır. YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirərək, daima dövlətçiliyə, millətə xidmət edib. Bu gün də partiya özünün bu prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə ləyaqətlə nümayiş etdirir”.
Daha sonra çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov deyib ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev qısa zaman ərzində mövcud problemləri aradan qaldırdı və müasir, qüdrətli Azərbaycanın əsasını qoydu: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz töhfələrini verir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün regionlarında, o cümlədən, Hacıqabul rayonunda olan bütün problemlər əsaslı şəkildə həll olunur”.
Çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədr müavini Şükür Məmmədov, İdarə Heyətinin üzvü Rəfiqə Həmzəyeva partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki fəaliyyətindən bəhs ediblər. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rüstəm Xəlilov YAP-ın özünü ölkənin siyasi taleyində həlledici rol oynamaq qüdrətinə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini deyib. Natiq bildirib ki, ölkə tarixinin arxada qalan 20 ilinin hər ayında, hər günündə Ümummilli lider Heydər Əliyevin nəfəsi duyulur, əhəmiyyətli təsiri hiss olunur.
Tədbirdə Gənc Heydərçilər şeirlər səsləndiriblər. Daha sonra tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevə müraciət qəbul edilib. Tədbirin sonunda bir qrup partiya üzvlərinə YAP rayon təşkilatının fəxri fərmanları, hədiyyələr təqdim olunub, partiyaya yeni üzv olmuş şəxslərə üzvlük vəsiqələri verilib. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19

