Ana dilimiz xalqımızın dəyərli sərvətidir
31.07.2024 [16:23]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi nüfuzunun yüksəlməsi dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Ulu Öndər Heydər Əliyevin müdrik kəlamını əsas götürərək, biz öz doğma dilimizin varlığını hiss etməli, onunla qürur duymalı, Azərbaycan dilinin saflığının qorunması, istər danışıq, istərsə də ədəbi-bədii yazılarda ana dilindən düzgün istifadə qaydalarını daim diqqət mərkəzində saxlamalıyıq. Çünki, dil xalqımızın mədəni irsinin qorunmasında, inkişafında və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdəndir.
“Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”. Böyük qürurla bu sözləri söyləyən Ulu Öndər Heydər Əliyev
ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb, Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalayıb.
Ümummilli Lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail olur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Dahi şəxsiyyətin bu təşəbbüsü 1978-ci il 21 apreldə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Beləliklə, Ulu Öndər Heydər Əliyev gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyur.
O tarixi gündən keçən illər ərzində dil siyasətinin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi, bu sahədə müxtəlif qanunların qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimizə olan diqqət və qayğısının təzahürüdür.
Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” tarixi fərmanı beynəlxalq aləmdə Azərbaycan dilinin mövcudluğuna yeni nəfəs gətirdi. Bundan sonra nəinki respublikamızda, hətta xarici ölkələrdə yaşayan, işləyən, habelə müxtəlif ali məktəblərdə təhsil alan gənclər tərəfindən hər il 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi böyük təntənə ilə qeyd edilir. Dünyaşöhrətli, dahi Ümummilli liderimizin rəhbərliyi ilə 2002-ci il sentyabrın 30-da qüvvəyə minmiş “Dövlət dili haqqında” qanun Azərbaycan dilinin düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində tədbir görülməsində ən əhəmiyyətli sənədlərdəndir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Ana dilinin inkişafı missiyasını uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyev müasir dövürdə dilçiliyimizə böyük diqqətlə yanaşır. 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir. 2013-2020-ci illəri əhatə edən bu proqram çərçivəsində bir sıra zəruri tədbirlər həyata keçirilib. Ölkə rəhbərinin 13 noyabr 2017-ci il tarixli sərəncamı isə dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə böyük töhfələr verib. Ölkə rəhbərinin dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı imzaladığı tarixli sərəncamlar Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

