Hər bir xalq öz dili ilə yaranır
31.07.2024 [11:13]
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azəraycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Hər bir xalqın, hər bir millətin var olmasının ən əsas amillərindən biri özünəməxsus dilinin olmasıdır. Hər bir toplum hər bir xalq məhz Ana dili vasitəsi ilə özünün varlığını sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır.
Biz bu gün həqiqətən də fəxrlə deyə bilərik ki, bizim qədim bir xalq kimi dərin tarixi kökləri olan öz dilimiz, öz tariximiz, öz mədəniyyətimiz var. Bu gün 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan neçə-neçə şairlər, alimlər, siyasətçilər, dahilər yetişdirib. Biz bu gün bu dil ilə dünya tarixinə, dünya mədəniyyətinə öz sözümüzü demişik, kimliyimizi sübut etmişik, bu dil ilə dünyaya müstəqilliyimizin əbədi, dönməz və daimi olduğunu elan etmişik.
Azərbaycanda son illərdə bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişaf etdirilməsində, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin hələ müstəqilliyindən əvvəlki sövetlər birliyinin tərkibində olduğu illərdən qoymuşdur. Hələ sovetlər birliyinin tərkibində müttəfiq respublika olduğumuz bir vaxtda, 1978-ci ildə Azərbaycan SSR-in konistitusiyasında Azərbaycan SSR-in dövlət dili azərbaycan dilidir maddəsinin daxil edilməsi o dövr üçün böyük cəsarət tələb edirdi və eyni zamanda milli kimliyimizin və ana dilimizin qorunması naminə atılan çox böyük bir addım idi. Ulu öndərin ana dilimizin qorunub saxlanılması məqsədilə həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində hələ keçən əsrin 70-ci illərində respublikamızda ana dilimizin hərtərəfli olaraq tədqiqi ilə bağlı bir sıra vacib elmi tədqiqat işləri həyata keçirilmişdir. 1974-cü ildə o dövr üçün ali məktəblərdə tədris məqsədilə hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi istifadəyə verilmiş və Dövlət mükafatına layiq görülmüşdür. Ulu Öndər Heydər Əliyevin ana dilimizə olan bu sonsuz sevgi və qayğısı və o dövr üçün dilimizin qorunub saxlanılması məqsədilə bu cəsarətli addımı xalqın müxtəlif təbəqələri arasında çox böyük rəğbətlə qarşılanmışdır.
Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik” fikirləri ana dilimizə verilən ən yüksək qiymətin təzahürüdür.
Bu gün Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi.Ölkə prezidentinin 2012-ci il mayın 23- də imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam da onun ana dilimizə verdiyi böyük önəmdən xəbər verir.
Vətənpərvər xalqımız dilimizin incəliklərini və milli adət ənənələrimizin qorunub saxlanılması uğrunda daim gərgin mübarizə aparmışdır. Bu gün bunun nəticəsi olaraq dilimiz özünün saflığını, qədimiliyini qoruyub saxlamış, xalqımız isə öz milli adət ənənələrini uğurla davam etdirərək dünyaya təbliğ edir. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Zaman keçdikcə bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26

