Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İmişli rayon təşkilatı partiyanın prinsiplərinə layiqincə əməl etməyi 20 illik yubileyə əsas töhfələrdən biri hesab edir

YAP İmişli rayon təşkilatı partiyanın prinsiplərinə layiqincə əməl etməyi 20 illik yubileyə əsas töhfələrdən biri hesab edir

19.10.2012 [00:43]

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız İmişli rayon təşkilatıdır
Təşkilat yaranıb- iyul, 1993-cü il
Rayon təşkilatının sədri - Səfa Ağayev
Partiya üzvlərinin ümumi sayı - 7152 nəfər
İdarə Heyəti - 15 nəfər
Şura - 41 nəfər
Qadınların sayı- 2466 nəfər
Gənclərin sayı- 2425 nəfər
Ali təhsillilər- 3466 nəfər
Nəzarət-təftiş qrupu- 7 nəfər
İlk təşkilatların sayı- 96
1993-cü ilin iyul ayında təsis olunan Yeni Azərbaycan Partiyasının (YAP) İmişli rayon təşkilatı 7152 nəfər üzvü özündə birləşdirən 96 ərazi ilk təşkilatından ibarətdir. Partiya üzvlərindən 2425 nəfərini və ya 33.2 faizini gənclər, 2466 nəfərini və ya 34.5 faizini qadınlar təşkil edir. Təşkilat üzvlərindən 3466 nəfəri və ya 51 faizi ali təhsilli, 2126 nəfəri və ya 32 faizi orta ixtisas təhsilli, 1560 nəfəri və ya 17 faizi isə orta təhsillidir.
Rayon ictimaiyyəti Ulu öndər Heydər Əliyevin səfərlərini böyük ehtiramla xatırlayır
YAP İmişli rayon təşkilatında Şura üzvlərinin sayı 41, İdarə Heyəti üzvlərinin sayı 15, Nəzarət-təftiş qrupu üzvlərinin sayı 7 nəfərdir. Üzvlərdən 6 nəfər Əməkdar müəllim, 1 nəfər Xalq artisti, 3 nəfər fəlsəfə doktoru olmaqla respublikamızın sosial həyatında xüsusi rol oynayırlar. Təşkilatın sədri isə Səfa Ağayevdir.
İmişli rayonu Kür-Araz ovalığında, Mil-Muğan düzündə, Mərkəzi Aran zonasında yerləşir. Rayonun ərazisi 1890 kv.km, əhalisi 120 min nəfərə yaxındır. Rayonda 1 şəhər, 1 qəsəbə, 47 kənd olmaqla 49 yaşayış məntəqəsi vardır. Təşkilatın sədri S.Ağayev deyir ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə İmişli rayonuna xüsusi diqqət göstərib. Belə ki, dahi öndər 5 dəfə İmişli rayonunda səfərdə olub. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bununla bağlı bildirib: “Ulu öndər Heydər Əliyev İmişli rayonunda dəfələrlə olmuşdur. O, İmişli rayonunun inkişafına böyük diqqət yetirirdi”.
S.Ağayevin sözlərinə görə, dahi öndərin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyev də 3 dəfə İmişli rayonunda olub və bu səfərlərin hər biri rayonun iqtisadi və sosial həyatının inkişafına güclü təkan verib.
“2012-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının bir təşkilat olaraq təsis olunmasının 20 ili tamam olur. Azərbaycanın müasir tarixinin çox mühüm bir hissəsi YAP-ın fəaliyyəti ilə bağlıdır. Partiyanın Azərbaycanda milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızda bir çox taleyüklü problemlərin aradan qaldırılmasında oynadığı həlledici rol, həm də, xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilib. Sözsüz ki, 20 il tarix baxımından çox qısa bir zaman kəsiyidir. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, ötən illər ərzində görülmüş nəhəng işlər, qazanılmış naliyyətlər ölkəmizin şanlı tarixidir və bu tarixin uğurlu səhifələrinin hər birində dahi öndərimiz Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının öz layiqli yeri var”, - deyə təşkilat sədri qeyd edir.
Hər il təşkilatın tədbirlər planı təsdiqlənir
S.Ağayevin sözlərinə görə, hər ilin əvvəlində İdarə Heyətinin iclasında il ərzində görüləcək işlər barədə tədbirlər planı təsdiqlənir. Bu mənada YAP İmişli rayon təşkilatında tərtib olunmuş 2012-ci ilin tədbirlər planına əsasən 20 Yanvar, 2 fevral - “Gənclər günü”, 26 fevral - “Xocalı soyqırımının anım günü”, 8 mart - “Beynəlxalq Qadınlar Günü”, 31 Mart - “Azərbaycanlılarının Soyqırımı Günü”, 10 May - Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü, 28 May - “Respublika Günü”, 15 İyun - Milli Qurtuluş Günü və digər tədbirlər YAP İmişli rayon təşkilatında Şura üzvlərinin və ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilib. Bu çərçivədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbirlər xüsusi qeyd olunmalıdır. Belə ki, YAP İmişli rayon təşkilatı İdarə Heyətinin bu ilin mart ayında keçirilən iclasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı geniş tədbirlər planı təsdiq edilib. Həmin tədbirlər planında aprelin 4-dən 10 may tarixinədək silsilə tədbirlər davam edib.
10 mayda Ulu öndərin doğum günü münasibətilə İmişli şəhərində Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında möhtəşəm gül bayramı keçirilib. Rayon ümumtəhsil məktəbliləri arasında Heydər Əliyevin həyat və fəaliyyətinə aid inşa yazı müsabiqəsi, 10-12 yaşlılar arasında şahmat turnirinin rayon mərhələsi, incəsənətin müxtəlif janrları üzrə - ifaçılıq, rəssamlıq, bədii qiraət müsabiqələri, idmanın müxtəlif növləri üzrə - futbol və şərq əlbəyaxa döyüş yarışları keçirilib. Həmçinin, ərazi ilk partiya təşkilatlarında toplantılar keçirilib, bu toplantılarda Yeni Azərbaycan Partiyası sıralarına Heydər Əliyev ideyalarını dəstəkləyən yeni üzvlər qəbul edilib. “Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolunu indiki gənclik daim öyrənməli və bəhrələnməlidir. Ümummilli liderimizin ömür yolu hər bir partiya üzvünə, azərbaycanlıya örnək olmalıdır. Təməli böyük öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti nəticəsində daha da güclənir və inkişaf etdirilir”, deyən S.Ağayevin sözlərinə görə, Ümummilli liderimizin anadan olmasının 89 illiyi münasibətilə keçirilən tədbirlərdə I-II-III yeri tutan 52 nəfər qalibə YAP İmişli rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Rayon təşkilatında “Heydər Əliyev” siyasi məktəbi fəaliyyət göstərir
Yeri gəlmişkən, onu da qeyd edək ki, YAP İmişli rayon təşkilatında “Heydər Əliyev” siyasi məktəbi fəaliyyət göstərir. Siyasi məktəbin illik fəaliyyət planı təşkilatın İdarə Heyətinin iclasında təsdiq edilib. “Heydər Əliyev və sosial siyasət”, “Heydər Əliyev Azərbaycanda iqtisadi islahatların banisidir”, “Heydər Əliyev və Azərbaycanda milli mədəniyyətimizin inkişafı” və digər mövzularda siyasi məktəbin məşğələləri keçirilir. İmişli rayon Heydər Əliyev Mərkəzində ideoloji işin səviyyəsinin yüksəldilməsinə diqqət artırılıb, Ümummilli liderimiz Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliğ edilməsi ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda, milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində Heydər Əliyevin həyata keçirdiyi böyük işlər ictimaiyyətə çatdırılır.
YAP İmişli rayon təşkilatında gənclərin də xüsusi çəkisi artıb. Təşkilat sədri S.Ağayev deyir ki, əgər əvvəlki illərdə partiyaya üzv olan gənclər ümumi üzvlərimizin 9 faizini təşkil edirdisə, hazırda bu rəqəm 33,2 faizə çatıb. Onun sözlərinə görə, İmişli rayon təşkilatının Gənclər Birliyi gənclərin siyasi fəallığının artırılması və onların müstəqil dövlətimizin banisi Heydər Əliyevin ideyalarına yiyələnməsi, gənclərin asudə vaxtlarının təşkil edilməsi və idman yarışlarında iştirakının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri Rüstəm Quliyev deyir ki, gənclərin məşğulluq problemlərinin həlli istiqamətində də işlər görülür. Belə ki, ötən illər ərzində partiyamızın üzvü olan gənclərin İcra Hakimiyyəti və digər dövlət orqanlarında vəzifələrə irəli çəkilməsi, onların özəl bölmədə işlə təmin edilməsinə köməklik göstərilib. “Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində partiyaya üzv olmaq istəyən gənclərin sayı artmaqda davam edir. Ötən il mayın 5-də ölkə Prezidentinin rayonumuza səfəri zamanı bir sıra obyektlərlə yanaşı, gənclərə töhfə olaraq Olimpiya İdman Kompleksinin açılışında iştirak etməsi də gənclərimizə olan qayğının bariz nümunəsidir. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının təşkili, məşğulluğunun təmin edilməsi və s. işlərin həyata keçirilməsi istiqamətində işlər aparılır. Möhtəşəm Heydər Əliyev Mərkəzinin və Gənclər Mərkəzinin tikintisi artıq başa çatmaq üzrədir. Bu proqram hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaradır və ölkə başçısının gənclərə diqqət və qayğısının yüksək olmasının göstəricisidir”, - R.Quliyev deyir.
Gənclər sosial şəbəkələrə xüsusi maraq göstərirlər
Təşkilat üzvləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Yay məktəbi” layihəsində də iştirak edirlər. Layihəyə uyğun olaraq hər il kifayət qədər fəal, yüksək intellektə malik gənclər respublikamızın dilbər guşələrində toplaşırlar. Bu gənclər Azərbaycan dövlətçiliyinə, Azərbaycan Prezidentinə, dövlətimizin başçısının həyata keçirdiyi siyasətə dərindən hörmət və inam hisləri ətrafında birləşərək müxtəlif intellektual yarışlar, diskussiyalar keçirirlər.
R.Quliyev bildirir ki, YAP İmişli rayon təşkilatının fəalları ilə birlikdə sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının uğurlarından söhbət açır, müxtəlif diskussiyalar keçirirlər. Xüsusilə, “Facebook” sosial şəbəkəsində yaradılmış “Azərbaycan 2013: Qələbə” qrupunda gənclərimiz bir sıra mövzular ətrafında rəy bildirirlər.
Təşkilatın fəaliyyətində qadınların fəallığı, onların ictimai-siyasi proseslərə cəlb edilməsi xüsusi yer tutur
YAP İmişli rayon təşkilatının Qadınlar Şurasının sədri Balanisə Quliyeva bildirir ki, təşkilatda qadınlar da kifayət qədər fəaldır. Azərbaycan qadını cəmiyyətdə və ailədə əhəmiyyətli rola malikdir. Böyüməkdə olan nəslin tərbiyəsində, sağlam ruhlu övladların böyüdülməsində, cəmiyyətdə və ailələrimizdə əmin-amanlığın təmin edilməsində qadınlarımızın üzərinə çox məsuliyyətli vəzifələr düşür. Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində qadınların fəallığı, onların ictimai-siyasi proseslərə cəlb edilməsi xüsusi yer tutur. Təşkilatın üzvü olan 2466 nəfər qadının əksəriyyəti təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin işçiləridir. Müqayisə üçün bildirək ki, 2007-ci ilə qədər təşkilata üzv olan qadınlar ümumi sayın 6,5 faizini təşkil edirdisə, hazırda bu rəqəm 34,5 faizə çatıb. Buna görə də, Qadınlar Şurasının fəaliyyətinin əsas istiqamətini bu sahələrdə çalışan qadınların problemlərinin həlli təşkil edir. Həyata keçirilən bir sıra tədbirlər nəticəsində təşkilatın Qadınlar Şurasının fəaliyyəti canlanıb, qadınlarla aparılan iş gücləndirilib, tədbirlərin sayı çoxalıb, keçirilən tədbirlərdə qadınların iştirakı nəzərə çarpacaq dərəcədə artıb.
Rayon partiya təşkilatının aparatının maddi-texniki bazası effektiv fəaliyyət üçün əlavə stimuldur
YAP İmişli rayon təşkilatının Aparat rəhbəri İlham Əsgərov isə deyir ki, 20 il ərzində rayon partiya təşkilatının maddi-texniki bazası daim möhkəmləndirilib, aparatın işinin təşkil edilməsi, partiya büdcəsinin formalaşdırılması, ərazi ilk partiya təşkilatlarının mənzil qərargahla təmin edilməsi sahəsində də lazımı işlər görülür. Son vaxtlar rayon partiya təşkilatının inzibati binası əsaslı təmir edilib və müasir avadanlıqlarla təmin olunub. Binanın giriş hissəsində Ulu öndər Heydər Əliyevin İmişli rayonuna səfərlərini əks etdirən şəkillərindən ibarət stend hazırlanıb. Təşkilatın aparatında çalışan mühasib Zərifə Həsənova, təlimatçılar Firdovsi Əliyev və Qərənfil Dədəkişiyeva, uçot bölməsinin müdiri Nəzirə Bağırova və operator Fəxriyyə Abbasova öz üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.
Rayon təşkilatında hesab edirlər ki, partiya işinə və prinsiplərinə məsuliyyətlə yanaşmaq, Nizamnaməyə əməl etmək və vəzifələri layiqincə yerinə yetirmək YAP-ın 20 illiyinə əsas töhfələrdən biridir.
www.yap.org.az
Paylaş:
Baxılıb: 1326 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31