Gəncədə şəhid övladları üçün “Yay Məktəbi” təşkil olunub
22.07.2024 [15:57]
YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə Regional filialının tərəfdaşlığı ilə “Yay Məktəbi” təşkil olunub.
Dörd gün davam edən “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
“Yay məktəbi”nin ilk günündə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bizlərə yadigar qalmış övladları Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Niyazi Bayramov və YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla birlikdə Şəhidlər Xiyabanına gələrək burda uyuyan qəhraman Vətən övladlarının məzarlarına gül dəstələri düzüblər.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Yay məktəbi”nin uşaqları ilə tez-tez görüşüb və milli-mənəvi dəyərlər, vətənpərvərlik mövzularında söbətlər edib. Bayram Aslanov bildirib ki, vətəndaşlıq borcunu dərindən dərk edənlər, bu borcu ürəklərində əbədi bir amal kimi yaşadanlar həmişə həyat mübarizəsindən şərəflə çıxır, əməlləri ilə ürəklərdə yaşayır, ölümlərindən sonra da ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Sizin atalarınz kimi. Onların ömür yolu hər kəsə örnəkdir.
Uşaqların suallarına çavab verən Bayram Aslanov onu da vurğulayıb ki, böyüdükcə, yaşa dolduqca atanızın Vətən üçün kim olduğunu daha dərindən dərk edəcək, “Sən şəhid övladısan!” sözlərindən daha çox qürur duyacaqsız.
İyulun 17-dən start götürən “Yay məktəbi”nin iştirakçıları hər gün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimlərdə iştirak ediblər. Həmçinin uşaqların vaxtının səmərəli keçirilnəsi üçün müxtəlif əyləncəli oyunlar keçirilib, YAP Gəncə şəhər təşkilatının əməkdaşları ilə birlikdə çizgi filmlərini izləyiblər.
Heydər Əliyev Mərkəzində olub, dahi şəxsiyyətin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad edən şəhidlərin bizlərə əmanəti olan övladları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotolar, şəxsi əşyalar haqqında ətraflı məlumat alıblar, dahi şəxsiyyətin təkrarsiz ömür yolundan bəhs edən filmə tamaşa ediblər.
“Yay məktəbi”nin iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi və Muzeyində, Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilən Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey Kompleksində, Azərbaycan Xalq Cumhuriyyəti Muzeyində, dünyaca məhşur “Butulkalı ev”də olub, Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar. Göllər tacı, möcüzələr diyarı Göygölə və təbiətin dilbər güşəsi Hacıkəndə ekskursiya uşaqlarda böyük maraq yaradıb.
Qeyd edək ki, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə Regional filialı, Göygöl Dövlət Təbiət Qoruğu “Yay məktəbi”nin həyata keçməsində yaxından iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22

