Uğurlu xarici siyasətin növbəti nümunəsi
22.07.2024 [15:38]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısına dəvət olunması dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Məlumdur ki, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Prezident İlham Əliyevin yalnız bu ay üçün gündəliyinə nəzər yetirmək kifayət edir ki, dövlətimizin başçısının xarici siyasətdə ardıcıllıq və bütövlük nümayiş etdirməsini təsəvvür edək. Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi, bunun ardınca isə Böyük Britaniyaya səfər, bu platformada Azərbaycanın iştirakı dövlətimizin başçısının yürütdüyü xarici siyasətin uğurlu və çoxşaxəli olduğundan xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı bir sıra ölkələrin liderləri ilə keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, dövlətimizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir. Məlumdur ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir. Avropa Siyasi Birliyi də məhz belə platformalardan biridir. Məhz uğurlu xarici siyasətimizin nəticəsidir ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı ölkəmizin enerji siyasəti barədə fikirlərini səsləndirib. Cənab Prezidentin qeyd etdiyi kimi, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə Azərbaycanın Avropa qitəsinə qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. Nəzərə almaq lazımdır ki, ixracın yarıdan çoxu Avropa ölkələrini əhatə edir. Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac olunur. Bu ölkələr Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniyadır. Həmin ölkələrdən beşi Avropa İttifaqının üzvüdür. Həmçinin, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Burada əsas məqamlardan biri Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək imkanlarının geniş olmasından ibarətdir. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Bütün bunlara paralel olaraq Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir.
Təəssüf ki, Ermənistan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində irəli sürülən sülh təşəbbüslərinə adekvat cavab verməyib. Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanan Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmaması bir daha rəsmi İrəvanın danlşıqlar prosesindən qaçmasının və riyakarlığının göstəricisidir. Rəsmi İrəvan tez-tez sülh gündəliyindən danışsa da, real mənzərə bunun əksini göstərir. Bu görüş imkanının pozulması da gerçəkliyi sübut edir. Digər tərəfdən, Ermənistanın bu addımı həm də Böyük Britaniyaya qarşı hörmətsizlik və diplomatik etiketdən tamamilə uzaqdır. Məlumdur ki, sammit çərçivəsində Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşüb. Yəqin ki, Paşinyan görüşdən imtina etmək tapşırığını Makrondan alıb. Əlbəttə, Fransanın Cənubi Qafqazda öz maraqları var və Ermənistan Parisdən gələn tapşırıqları yerinə yetirir. Ermənistanın Parisin oyunlarına alət olması rəsmi İrəvan üçün yalnız problemlər yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

