YAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 11-ci ildönümü qeyd olunub
19.07.2024 [15:46]
19 iyul 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsinin 11-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP Təftiş Komissiyasının üzvləri Aydın Hüseynov və Sadiq Qurbanov, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə, müəssisələrinin rəhbərləri və ərazi partiya təşkilat sədrləri, fəal gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Bu baxımdan YAP Pirallahı rayon təşkilatıda qarşıda duran məsul vəzifələrin həlli istiqamətində öz işini yeniləşən Azərbaycanın müasir tələbləri kontekstində qurmalı, ölkədəki islahatlar prosesinə hərtərəfli dəstək verməklə yanaşı, daxili pozitiv transformasiyalara da hər an hazır olmalıdır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub.
Emil Abasov qeyd edib ki, öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, bütövlüyü və həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq, əldə etdiyi naliyyətlərlə ümumi işimizə öz töhfəsini verməkdədir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, sosial şəbəkələrdə aparılan təbliğat işlərində, gənclərin siyasi maarifləndirilməsində Pirallahı rayon təşkilatı hər zaman aktivlik nümayiş etdirir.
YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını diqqətə çatdırıb. Çıxış zamanı qeyd olunub ki, partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Natiq həmçinin YAP Pirallahı rayon təşkilatının yaradılmasının 11-ci ildönümü münasibətilə iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Pirallahı YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov qeyd edib ki, bu gün də YAP Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Vətən müharibəsində bütün dünya Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yüksək strateji dühasının və sərkərdəlik istedadının canlı şahidi oldu. Bu misilsiz Zəfər bizi tarixin qalib xalqına çevirdi. Aydın Hüseynov çıxışı zamanı Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Pirallahı sakinlərinin bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklərinə inandığını vurğuladı.
Tədbirdə çıxışı zamanı Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: “Heydər Əliyevin ideoloji baxışlarından və siyasət fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Vətən müharibəsində bütün dünya Müzəffər Ali Baş Komandanımızın, möhtərəm İlham Əliyevin yüksək strateji dühasının və sərkərdəlik istedadının canlı şahidi oldu. Bu misilsiz zəfər bizi tarixin qalib xalqına çevirdi. Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Pirallahı sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər”. Vəzir Səfixanov həmçinin, Pirallahı rayonunda həyata keçirilən geniş quruculuq işləri haqqında da məlumat verdi.
Sonda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

