TDT dünyada söz sahibinə çevriləcək
08.07.2024 [17:26]
Azərbaycanın azad olunmuş əraziləri artıq regional və beynəlxalq siyasi dialoq məkanına çevrilməkdədir. Bu mənada TDT-nin iyulun 5-6-da Şuşada keçirilmiş Zirvə toplantısını irəliyə doğru atılan növbəti addım saya bilərik.
Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətlər Təşkilatının növbəti Zirvə görüşünün Vətənimizin dilbər guşəsi Şuşa şəhərində keçirilməsi Ölkəmiz və bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Təşkilatın növbəti Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etmiş Zirvə görüşü çərçivəsində dövlət başçımız İlham Əliyev qonaqlar qarşısında çıxış etmişdir.
Dövlət başçıcı İlham Əliyev çıxışında Qarabağın tacı Şuşa şəhərinin Azərbaycanın mədəni, ictimai – siyasi həyatının mərkəzlərindən biri olması ilə yanaşı, Türk dövlətlərinin həmrəyliyinin təzahürü yolunda da mühüm rol oynadığını xüsusilə qeyd etmişdir. Cənab Prezident çıxışında mədəniyyət beşiyimiz Şuşa şəhərinin keşməkeşli dövrlərdən keçərək böyük Zəfər ilə nəticələnən şanlı tarixindən geniş şəkildə danışmışdır.
Cənab Prezident çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.
TDT-nin Şuşa Sammiti, həmçinin, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə ona verilən vahid qardaşlıq dəstəyinin mesajı, ölkəmizin türk dövlətləri arasında əməkdaşlıq mərkəzinin avanqardı olduğunun nümayişidir.
Heç şübhəsiz, TDT-nin Şuşa Sammitində COP29 mövzusu da müzakirə mövzularından biri olmuşdur. Cari ilin noyabr ayında Azərbaycanın COP29-a evsahibliyi etməsi Türk dünyası adına böyük uğurdur. Əslində, COP29 Azərbaycan və bütövlükdə Türk dünyası üçün mühüm zirvədir. Bundan əvvəl, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan, on minlərlə insanın iştirak etdiyi və bütün qlobal iqlim məsələlərinin müzakirə edildiyi tədbirə bu dəfə evsahibliyini Azərbaycan edəcək.
Əminliklə deyə bilərik ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində iştirakçı dövlətlər türk inteqrasiyası, eləcə də, ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək üçün daha geniş imkanlar əldə edəcəklər.
Şuşa sammiti ilə Türk Dövlətləri Təşkilatının daha da güclənəcəyinə, dünyada söz sahibinə çevriləcəyinə inananlar getdikcə çoxalmaqdadır.
Rövşən Əhmədov , YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

