Azərbaycan-ŞƏT əlaqələri uğurla inkişaf edir
08.07.2024 [14:46]
2001-ci ildə yaranan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün doqquz üzvü, müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. ŞƏT-in əsas prinsipləri qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsidir. Cari ilin 3-4 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ŞƏT-in Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderləri bir araya gəliblər. Ekspertlərin rəyinə görə ŞƏT-in nüfuzu və beynəlxalq statusu hər il daha da artır.
Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Eyni zamanda da ölkəmiz uzun müddətdir ki, ŞƏT-ə üzv ölkələrlə ikitərəfli formatda uğurlu tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Təşkilatın sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Dövlətimizin başçısı 4 iyul tarixində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında bildirmişdir ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Öz tərəfdaşlarının maraqlarını hər zaman nəzərə alan Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətini öz sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Həmçinin Azərbaycan hazırda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq məqsədilə çalımalar aparır. Eyni zamanda da dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynadığını vurğulamışdır. Qeyd olunmuşdur ki, ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir və əgər sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Cənab Prezident İlham Əliyev bir daha bu həyati əhəmiyyət kəsb edən məqamı qeyd etdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
Məlum olduğu kimi, Azərbaycan bu il təxminən 200 ölkənin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi edəcək. Öz çıxışında dövlətimizin başçısı bu məsələyə də toxunaraq bildirdi ki, Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Qeyd olunmalıdır ki, ölkəmizin prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ciddi təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək məsələsi də xüsusi yer alıb.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

