/ / YAP Gəncə şəhər təşkilatı fəaliyyətini partiyanın IV Qurultayının tarixi qərarlarının, qurultayda ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qurur
YAP Gəncə şəhər təşkilatı fəaliyyətini partiyanın IV Qurultayının tarixi qərarlarının, qurultayda ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qurur
09.10.2012 [01:34]
YAP Gəncə şəhər təşkilatının sədri - İsrafil İsmayılov, texnika elmləri doktoru, professor
YAP üzvlərinin sayı-26516 nəfər
Şura-69 nəfər
İdarə Heyəti-19 nəfər
Nəzarət-təftiş qrupu-9 nəfər
İlk təşkilatların sayı-247
Təsis edildiyi tarix-23.07.1993-cü il
Qadınlar-15759 nəfər
Gənclər-14891 nəfər
Ali təhsilli-10175 nəfər
Tələbələr-10108 nəfər
Texniki təhsilli-4762 nəfər
Humanitar təhsilli-7179 nəfər
Elmlər doktoru-52 nəfər
Fəlsəfə doktoru-441 nəfər
AMEA-nın həqiqi üzvü, akademik-1 nəfər
AMEA-nın müxbir üzvü-1 nəfər
Əməkdar elm xadimi-6 nəfər
Xalq artisti-4 nəfər
Əməkdar incəsənət xadimi-2 nəfər
Əməkdar müəllim-44 nəfər
Əməkdar artist-16 nəfər
Əməkdar rəssam-6 nəfər
Əməkdar həkim-10 nəfər
Əməkdar mədəniyyət işçisi-7 nəfər
Təşkilatın ünvanı: AZ 2000, Gəncə ş. Atatürk pr., 252, tel. 222561055, elektron ünvan: yap_gence1@rambler.ru
YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov qeyd edir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu il yaradılmasının 20 illiyini qeyd edəcəyimiz YAP-ın strateji xətti Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməklə bərabər, onu inkişaf etmiş qüdrətli dövlətə çevirmək, xalqın maddi rifah halını yaxşılaşdırmaq, ölkəmizin sosialyönümlü iqtisadiyyatın yaradılması ilə dünya dövlətləri arasında layiqli yerini tutmasından ibarətdir.
Partiyamızın 1992-2003-cü illərdəki fəaliyyəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildə isə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu, Heydər Əliyev irsinin, ideyalarının əzmlə davam etdirilməsinə xidmət edir. Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğurlar hər bir azərbaycanlı kimi, gəncəlilərin də qəlbində qürur hissi yaradır. 2011-ci il oktyabrın 24-də ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və 2012-ci ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi Prezidentimiz cənab İlham Əliyevin xarici siyasətinin uğuru, Azərbaycan diplomatiyasının növbəti ən böyük qələbəsidir. BMT kimi beynəlxalq təşkilatın üzvü olan 193 ölkədən 155-nin səsi ilə qazanılan bu uğur hər birimizin qəlbində böyük iftixar və qürur hissi yaradan tarixi hadisədir.
Qeyd edək ki, YAP-ın öncül təşkilatlarından biri olan Gəncə şəhər təşkilatı partiyanın IV Qurultayının tarixi qərarlarının, qurultayda ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün öz fəaliyyətini təşkilatı, ideoloji, siyasi istiqamətlərdə qurur.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı, partiyanın 20 illik yubileyinə təşkilat və ideoloji cəhətdən daha da möhkəmlənmiş şəkildə, partiyanın Sədri, ölkə Prezidenti, cənab İlham Əliyevin ətrafında daha sıx, monolit birləşmiş halda gəlmişdir.
İsrafil İsmayılovun sözlərinə görə, şəhərdə maddi mədəniyyət abidələrinin qorunması və bərpasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Təşkilat sədrinin sözlərinə görə, respublikamızda gənclər aparıcı qüvvə kimi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Gənclərə sağlam və fəal həyat mövqeyinin aşılanması, geniş fəaliyyət şəraiti yaradılması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2007-ci il Azərbaycan Prezidenti tərəfindən “Gənclər ili”, 2011-ci il “Turizm ili” 2012-ci il “İdman ili” elan edilmiş, 2011-2015-ci illər üçün Dövlət Proqramı qəbul edilmişdir. Bu qayğının təzahürü və şəhərdə aparılan irimiqyaslı işlərin nəticəsidir ki, son bir ildə Gəncə şəhəri Dünya Gənclər Festivalı və Avropa Gənclər Forumuna ev sahibliyi etmiş və elektron səsvermə nəticəsində 2012-ci ildə Gənclər paytaxtı seçilmişdir. Dünyanın və Avropanın 70 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyi belə mötəbər beynəlxalq tədbirlərin məhz Gəncədə keçirilməsi əlamətdar hadisə kimi tarixə düşmüşdür və şəhərimizin qısa müddətdə genişmiqyaslı inkişafının göstəricisi kimi qəbul edilməlidir.
Partiya həyatının bütün normalarına sözsüz əməl etmək əsasında təşkilat işini təkmilləşdirmək Gəncə şəhər təşkilatının əməli fəaliyyətinin ən mühüm istiqamətləri olmuşdur
İsrafil İsmayılov söhbət zamanı qeyd edir ki, partiya həyatının bütün normalarına sözsüz əməl etmək əsasında təşkilat işini təkmilləşdirmək təşkilatın əməli fəaliyyətinin ən mühüm istiqamətləri olmuşdur. YAP Gəncə şəhər təşkilatı fəaliyyəti müddətində özünün kəmiyyət və keyfiyyət göstəricilərinə görə fərqlənmişdir.
Təşkilati işin səmərəsini yüksəltmək məqsədilə təşkilatın fəaliyyət proqramı işlənir və İH-də təsdiq edilir. Fəaliyyət proqramına İH-nin və Şuranın iş planı, Təşkilatın ümumi iş və tədbirlər planı, Heydər Əliyev Universitetinin proqramı, elmi-praktik konfransların və “dəyirmi masa”ların planları, Nəzarət-təftiş qrupunun iş planı və s. daxil edilir və icrasına nəzarət edilir. Aparat üzvlərinin, şöbə müdirlərinin və təlimatçıların iş planları tərtib edilir və icrasına nəzarət edilir.
Partiya sıralarına qəbulu koordinasiya etmək üçün xüsusi kompüter proqramı işlənmişdir. Partiya üzvlərinin sənədlərinin etibarlı qorunması və saxlanması məqsədi ilə bütün partiya üzvlərinin şəxsi sənədlərinin orijinalları kitab formasında tikilərək arxiv sənədi şəklinə salınmışdır.
Tələbələrin qeydiyyatı ciddi məsələ kimi diqqətdə saxlanılır. Bu, gənclər arasında partiya intizamının daha da yüksəlməsinə və yeni işə başladığı rayonda potensial partiya üzvlərinin artmasına xidmət edir.
Yeni Azərbaycan Partiyası maliyyə məsələlərində şəffaflıq nümayiş etdirən və özünü maliyyələşdirən yeganə partiyadır. Təşkilat maliyyə sənədlərinin düzgün və şəffaf aparılmasını daim diqqətdə saxlayır.
Yeni Azərbaycan Partiyası daimi olaraq partiya üzvlərinin ideya-siyasi hazırlıq səviyyəsinin yüksəldilməsini diqqətdə saxlayır. 2010-cu ilin mart ayında YAP İcra Katibliyində aparat işçilərinin attestasiyasının keçirilməsi işçilərin məsuliyyətini bir daha artırmış, peşə və siyasi səviyyələrinin yüksəldilməsinə stimul vermişdir. Attestasiya komissiyasının təklifi və YAP İdarə Heyətinin qərarına əsasən 14-15 may 2010-cu il tarixdə Gəncə şəhərində YAP rayon və şəhər təşkilat sədrlərinin “Gəncə şəhər təşkilatının iş təcrübəsinin öyrənilməsi və tətbiq edilməsinə” həsr edilmiş respublika müşavirəsinin keçirilməsi işimizə daha məsuliyyətlə yanaşmağa ruhlandırmışdır.
Təşkilat öz sıralarını, fərdi yanaşmaqla, ciddi tələbkarlıqla, könüllülük prinsipi əsasında, seçmə yolu ilə artırır, partiyanın sosial bazasının möhkəmləndirilməsinə çalışır. Partiya üzvünün ideya mənəvi keyfiyyətləri diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ərazi ilk partiya təşkilatları vaxtaşırı təlimatlandırılır. Ərazi ilk partiya təşkilat sədrlərinin seminarlarının keçirilməsi artıq ənənəyə çevrilmişdir. Ərazi ilk partiya təşkilatları ilə operativ və qarşılıqlı əlaqələrin qurulması üçün təşkilatların elektron ünvanları yaradılmışdır və artıq səmərəli istifadə edilir.
Hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sıralarında 26 min 516 nəfər üzv vardır. Bunlardan 58,85 faizi, yəni 15759 nəfəri qadınlar, 55,77 faizi, yəni, 14891 nəfəri gənclərdir. Elmlər doktoru-52 nəfər, fəlsəfə doktoru-441 nəfər, AMEA-nın həqiqi üzvü, akademik-1 nəfər, AMEA-nın müxbir üzvü-1 nəfər, fəxri ad alanlar-100 nəfər.
Ərazi təşkilatlarının sahələr üzrə təsnifi belədir: təhsil üzrə - 36 faiz, səhiyyə üzrə 18 faiz, xidmət sahələri üzrə 24 faiz, özəl təsərrüfatlar 9 faiz, mədəniyyət üzrə 6 faiz və sair.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı özündə 247 ərazi ilk partiya təşkilatını birləşdirir. İlk təşkilatların üzvlərin sayına görə bölgüsü belədir: 3-30 nəfər üzvü olan-127 təşkilat, 31-100 üzvü olan 84 təşkilat, 101-200 üzvü olan-16 təşkilat, 201-500 üzvü olan -8 təşkilat, 501-1000 üzvü olan-8 təşkilat, 1000 nəfərdən çox üzvü olan-4 təşkilat.
Aparatın əsas funksiyalarından biri ərazi ilk təşkilatlarla səmərəli işin qurulmasıdır
Rayon təşkilatı aparatının əsas funksiyalarından biri ərazi ilk təşkilatlarla səmərəli işin qurulmasıdır. Bu məqsədlə ilk təşkilatlar aparat üzvləri arasında təhkim edilmişdir. Şöbə müdirləri və təlimatçılar öz kurasiyasında olan təşkilatlarla mütəmadi əlaqə saxlayır, təşkilati, metodiki köməkliklər edirlər. Vaxtaşırı olaraq təşkilat sədrlərinin seminarları keçirilir, partiyanın Mərkəzi Aparatının verdiyi təlimatlar, tapşırıqlar və partiya həyatının müxtəlif məsələləri haqqında tövsiyələri təşkilat sədrlərinə çatdırılır. Təşkilati və ideoloji işin səviyyəsinin daha da yüksəldilməsi haqda fikir mübadiləsi aparılır. Qabaqcıl təşkilatların iş təcrübəsi müzakirə edilir və təşkilatlar arasında yayılır. Qabaqcıl və ilk təsis edilən təşkilatlardan biri, özündə 3000 nəfərədək partiya üzvünü birləşdirən Azərbaycan Dövlət Aqrar Universiteti ərazi təşkilatının (Atatürk pr, 262) iş təcrübəsi, Heydər Əliyev adına Tədris Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir.
Son beş ildə Gəncədə Yeni Azərbaycan Partiyası sıralarına 7012 nəfər qəbul edilmişdir. O cümlədən, 2007-ci ildə 1030 nəfər, 2008-ci ildə 1095 nəfər, 2009-cu ildə 782 nəfər, 2010-cu ildə 980 nəfər, 2011-ci ildə 3125 nəfər, 2012-ci ilin 9 ayı ərzində 566 nəfər üzv qəbul edilmişdir. Bu dövrdə, Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edənlər sırasında gənclərin xüsusi çəkisi artmışdır. Belə ki, 18-35 yaşadək olan gənclər 5765 nəfər, yəni, 82,22 faiz təşkil etmişdir, bunlardan 88,0 faizi tələbələrdir. Bu müddətdə partiya sıralarına qəbul edilənlərin 3863 nəfəri, yəni, 55,09 faiz qadınlardır.
Ulu öndərimiz Heydər Əliyev vaxtilə böyük uzaq görənliklə Yeni Azərbaycan Partiyasının bugünkü mövqeyindən bəhs edərək demişdir: “Bu partiyanın işi Azərbaycan hökumətinin, dövlətinin işidir, Azərbaycanda sosial-iqtisadi problemlərin həll olunması, islahatların həyata keçirilməsi işidir. Bunlara nail olmaq üçün partiya təşkilatlarını daha da gücləndirmək, fəallaşdırmaq lazımdır”.
Ulu öndərin bu tövsiyələrini rəhbər tutan Gəncə təşkilatı ötən illər ərzində möhkəmlənmiş, cəmiyyətimizin hər sahəsinə nüfuz etmiş və əhali arasında həqiqətən etibarlı partiyaya çevrilmişdir.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının formalaşmasında, təşkilatlanmasında, böyüməsində təşkilatın ilk sədrləri mərhum akademik Məmmədtağı Cəfərov, Nağı Əbdüləzimov, partiya veteranları Qəzənfər Abbasov, Sabir Hacıyev, bu gün bizlərin önündə gedən ağsaqqallar, akademik Siddiqə Məmmədova, professor Mirdamət Sadıqov, professor Abbas Səmədov, Musa Musayev və onlarla başqalarının əvəzsiz xidmətləri olmuşdur.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı partiya işinin keyfiyyətini və səmərəsini artırmaq sahəsində məqsədyönlü iş aparır. Yeni, çevik, inamlı fəaliyyət üsullarının öyrənilməsi və tətbiqinə üstünlük verir. Daim işimizi təkmilləşdirir, fəaliyyət istiqamətlərimizi müəyyənləşdirməkdə müasir üsullardan istifadə edirik.
Ulu öndər Heydər Əliyevin siyasi irsinin gənclər arasında geniş öyrənilməsi və təbliğ edilməsi məqsədi ilə “Heydər Əliyev irsini öyrənirik” adlı Bilik Yarışı, futbol və şahmat turnirləri mütəmadi olaraq hər il ali və orta ixtisas məktəblərinin gəncləri arasında keçirilir. İştirakçılar, qalib komandaların üzvləri qiymətli hədiyyələrlə mükafatlandırılır. Partiyanın İcra Katibliyinin təşəbbüsü və vəsaiti hesabına 30-dan çox gəncimiz Qəbələ, Oğuz, Lerik və Qax rayonlarında YAP “Yay məktəbləri”ndə məşğələ, istirahət və əyləncə proqramlarında iştirak etmişlər.
Gənclərlə aparılan işin səmərəsinin artırılması məqsədi ilə gənclər arasında sorğu keçirilmişdir
Gənclərlə aparılan işin səmərəsinin artırılması məqsədi ilə 400 nəfər gənc arasında sorğu keçirilmişdir. Sorğu nəticəsində məlum olmuşdur ki, gənclərin 38 faizi özlərini dövlət qulluğunda, 34 faizi elm və təhsildə, 9 faizi xidmət sahələrində, 8 faizi sahibkarlıqda, 6 faizi mədəniyyətdə, 5 faizi isə siyasətdə görürlər. Gənclərin 86 faizi müxalifətin icazəsiz aksiyalarına “yox” deyir və pisləyir. Sorğunun məlumatları gənclərlə aparılan işin gücləndirilməsinə dair proqramlar işlənməsinə imkan yaratmışdır.
Respublikanın daxili həyatında baş verən çox kiçik bir məsələni müxalifət mətbuatı şişirdib, adi bir məsələni siyasiləşdirməyə cəhd edir, az qala qlobal problemə çevirirlər. Müxalifətin böhtan və yalanla dolu yazılarına YAP üzvləri kütləvi informasiya vasitələrində, qəzetlərdə çıxışları ilə öz kəskin münasibətini bildirməlidirlər.
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması, inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli, bədii-estetik tədbirlərin, sərgilərin, müsabiqələrin, idman yarışlarının keçirilməsinə ərazi ilk partiya təşkilatlarında üstünlük verilir.
YAP Gəncə şəhər təşkilatının Şurası, İdarə Heyəti partiyanın Siyasi Şurasının, İdarə Heyətinin müvafiq qərarları, Mərkəzi Aparatın göstərişləri əsasında müzakirələr aparır, ilk təşkilatların və YAP üzvlərinin hesabatlarını dinləyir, üzvlərin fəallığına təsir edəcək ciddi qərarlar qəbul edir, qərarlar, tövsiyələr və tədbirlər planı ilk təşkilatlara göndərilir.
Tədbirlərin mütəmadi keçirilməsi partiya işinin əhəmiyyətini və təsirini artırır. Bu baxımdan, Ulu öndər Heydər Əliyev irsinə, partiya tarixinin və ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisələrinə həsr edilmiş elmi-praktik konfranslara və “dəyirmi masa”lara üstünlük verilir.
Təşkilatımızda ideoloji işin həyata keçirilməsində Heydər Əliyev Universitetinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Universitetin fəaliyyətinin əsasını Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və YAP üzvlərinə, gənc nəslə çatdırılması, Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurlarının, ölkəmizin dinamik inkişafının əsas nəticələrinin öyrənilməsi təşkil edir.
Partiya təşkilatının aylıq orqanı olan “Yeni Gəncə” qəzeti fəaliyyətdə olduğu 17 il müddətində ideoloji-təbliğat işinin mahiyyətini, Ümummilli liderimiz Heydər Əliyev ideyalarının yerinə yetirilməsi sahəsində partiyanın keçirdiyi tədbirləri, Gəncə şəhərinin sosial-iqtisadi, mədəni və digər sahələrdə inkişafının əsas məqamlarını əks etdirmişdir.
“YAP-ın hər bir üzvü tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, partiyanın sıravi üzvü kimi qarşıya qoyulan vəzifələrə nail olmaq məqsədi ilə səfərbər olmalıdır. Hər kəs fikirləşməlidir: Mən bu gün dövlətimə, xalqıma və partiyama necə xidmət edirəm”, deyə qeyd edən İsrafil İsmayılovun sözlərinə görə, ilk partiya təşkilatlarında ideoloji və təşkilati işinin səviyyəsinin daim yüksəldilməsi, partiyanın boy artımı hər zaman diqqətdə saxlanılır və xüsusi ilə gənclərin və yaradıcı qüvvələrin partiyaya qəbuluna diqqət yetirilir.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı, İdarə Heyəti, Şurası, aparatı, ilk təşkilatlar qarşıda duran məsələlərin uğurla həll edilməsi üçün, öz fəaliyyətlərini daha da artırmağa, Yeni Azərbaycan Partiyası üzvlərinin həyatı vacib məsələlərin həllinə cəlb edilməsinə səy göstərirlər.
YAP Gəncə şəhər təşkilatının aparatı
İsrafil İsmayılov-YAP Gəncə şəhər Təşkilatının sədri, aparat rəhbəri
Fuad Əliyev-sədr müavini
Cabir Məmmədov-Maliyyə və Uçot şöbəsinin müdiri
Faiq Hacıyev-İdeoloji şöbənin müdiri
Afər Məmmədov-Təşkilat şöbəsinin müdiri
Ramil İbrahimov-Gənclər Birliyinin sədri
Anya Süleymanova-təlimatçı
Emin Məmmədov-təlimatçı
Rufiq Quliyev-təlimatçı
Səbuhi Sərməstov-təlimatçı
Nahidə Tanrıverdiyeva-statistik
Süsən Tağıyeva-YAP Gəncə şəhər təşkilatının orqanı olan “Yeni Gəncə” qəzetinin redaktoru
Tünzalə Qədimova-operator
www.yap.org.az
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

