“Euronews”ə müsahibə Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir.
25.06.2024 [20:11]
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.
Reportaj enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Diqqətə çatdırılır ki, Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak edib. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunub. Bu tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını alıb. Sonra Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində ölkəmizdə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görünür.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP29 zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə həvəslə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş enerjisinin perspektivlərini, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır. Azərbaycan ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərir. Ölkəmiz, eyni zamanda, tullantıların azaldılmasına da mühüm töhfə verir. Respublikamızın həm quruda, həm də dənizdə yaşıl enerjinin, xüsusən külək enerjisinin inkişafı üçün böyük potensialı var. Burada hidrogen kimi digər təmiz enerji texnologiyaları da mühüm rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən mühüm texnologiyadır. Bu, Azərbaycanın artıq mühüm töhfə verdiyi və bir çox enerji idxal edən ölkələrə tullantıların azaldılması yolunu tutmağa kömək göstərdiyi sahədir. Böyük həcmdə bərpaolunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.
Bir sözlə, Azərbaycan Avropaya yaşıl enerjinin əsas tədarükçüsü olmaq üçün unikal imkana sahibdir. Burada bərpaolunan enerji istehsalı potensialı göz qarşısındadır. Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. Bu elektrik stansiyalarının ümumi qoyuluş gücü 1000 MVt olacaq.
Bərpaolunan və ənənəvi enerjinin, o cümlədən neft və qaz hasilatının, karbonsuzlaşdırılmış və minimum karbon emissiyaları ilə uyğunluğu daha dayanıqlı enerji strukturu formalaşdırır. 2023-cü ilin sonunda Azərbaycanda bərpaolunan elektrik enerjisinin istehsalı üzrə quraşdırılmış güc 7,5 QVt təşkil edib. Lakin ölkədə bərpaolunan enerji mənbələrinin potensialı (təqribən 27 QVt) daha yüksəkdir. Günəş enerjisi əsas hissəni, yəni 23 GVt təşkil edir, quruda külək potensialı isə təqribən 3 GVt təşkil edir. Azərbaycan, həmçinin 157 GVt həcmində qiymətləndirilən dənizdə külək enerjisi potensialına malikdir ki, bu da mövcud quraşdırılmış gücdən 20 dəfə çoxdur. O cümlədən iqtisadi, texniki və digər aspektləri hərtərəfli qiymətləndirdikdən sonra ortamüddətli və uzunmüddətli perspektivdə bu potensialın istifadəsi planlaşdırılır.
Azərbaycan bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağa çalışır. 2027-ci ilədək 3 GVt külək və 1 GVt günəş enerjisinin istehsalı və onun 80 faizinin ixracı nəzərdə tutulur. 2037-ci ilədək isə gücün minimum 6 GVt-a qədər artacağı gözlənilir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

