Rəşadətli Azərbaycan Ordusu
24.06.2024 [15:02]
Yaranmasının 106-cı ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir. Təbii ki, Azərbaycan Ordusunun bu səviyyəyə çatması üçün çox böyük işlər görülüb, düşünlümüş siyasət və düzgün strategiya həyata keçirilib. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndərin bu sahədəki xidmətləri misilsizdir. Hələ Sovetlər dönəmində Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Ulu Öndərin qətiyyəti və güclü iradəsi nəticəsində mümkün olmuşdu. Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev ordu quruculuğu həyata keçirərkən bu liseyin məzunlarından istifadə edərək nizami ordu yaratmışdır. Azərbaycan Ordusunun silah-sursatla təchizatı davamlı olaraq həyata keçirilmiş, şəxsi heyyətin peşəkarlıq səviyyəsinin artırılması üçün lazimi işlər görülmüşdür.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğunu da zamanın tələbləri çərçivəsində həyata keçirərək Azərbaycan Ordusunun güclü orduya çevrilməsini təmin etmişdir. Dövlət büdcəsindən hərbi xərclər üçün ayırılan vəsait ildən-ilə artırılmış, Silahlı Qüvvələrimizin arsenalına ən müasir silah-texnika əlavə edilmişdir. Eyni zamanda, əsgər və zabitlərin peşəkarlıq səviyyəsinin artırlması məqsədi ilə mütəmadi olaraq hərbi təlimlər təşkil edilmiş, xüsusilə də qardaş Türkiyə ilə birgə keçirilən təlimlərdə müxtəlif qoşun növlərinin iştirakı təmin edilmişdir.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyada güclü və yüksək peşəkarlıq səviyyəsi olan bir orduya çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusnun gerçək gücünü düşmənə və bütün dünyaya sübut etdi. Ədalətli müharibə aparan Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi. Hər gün irəli gedərək kəndlərimizi, şəhərlərimizi azad edən vətənpərvər Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. İkinci Qarabağ müharibəsi Azərbaycan əsgərinin, Azərbaycan zabitinin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bütün dünyaya sübut etdi.
İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimizin hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq, xahişləri vətənpərvərlik ruhunun nə dərəcədə yüksək olduğundan xəbər verir.
Azərbaycan Ordusu döyüş meydanında öz üstünlüyünü sübut edərək düşmənə layiq olduğu dərsi verdi. Azərbaycan öz torpaqlarını qan tökərək azad etdi və erməni işğalına son qoydu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Bu gün bütün dünya Azərbaycan Ordusunun gücündən danışır. Beynəlxalq hərbi mərkəzlər, dünyanın tanınmış hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun hərbi taktikasını öyrənməklə məşğuldur.
Azərbaycan Ordusunun gücünə güc qatan bir sıra mühüm amillər mövcuddur ki, onlardan biri də xalqın yekdil birliyidir. Məhz Azərbaycan dövləti öz torpaqlarını xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

