Qurtuluş Məfkurəsi...
14.06.2024 [12:10]
Anar Abbasov
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini
Azərbaycan xalqı 15 İyun – Milli Qurtuluş Gününün qeyd edilməsinə hazırlaşır. Şübhəsiz ki, bu bayramın müasir dövlətçilik tariximizdə müstəsna yeri və rolu vardır. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasına yaxınlaşan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyasi böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Bir sözlə, həmin dövrdə ölkəyə “rəhbərlik” edən qüvvələrin səriştəsiz və milli maraqlardan uzaq siyasəti Azərbaycanı uçurumun astanasına yaxınlaşdırmış, ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsini meydana çıxarmışdı.
AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkədə tam bir xaos və anarxiya yaranmış, daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Artıq əlinə silah alan hakimiyyəti ələ keçirməyə çalışırdı və separatist meyillər kəskin xarakter almışdı. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Qısası, səriştəsiz rəhbərliyin “fəaliyyət”i nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi.
Ümumiyyətlə, 1992-1993-cü illərdə ciddi hakimiyyət böhranı mövcud idi. Başqa sözlə, hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində “Müsavat”, “Yurd”, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq biri-birinə qarşı və birincilik uğrunda mübarizə aparırdılar. Yəni, səriştəsiz və milli maraqlardan uzaq mövqedə olan bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlandı. Nəticədə AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. 4 iyun 1993-cü ildə baş vermiş Gəncə hadisələri isə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu.
Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdilər. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev partiyanın Sədri seçildi. Gəncə hadisələrinin baş verməsi xalqın səbr kasasaını daşırdı. Vəziyyətdən xilas olmaq üçün xalq Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Keçmiş AXC-Müsavat hakimiyyətində təmsil olunan və bu gün müxalifətdə olan bəzi ünsürlər Heydər Əliyevin hakimiyyətə guya “Gəncə qiyamı” nəticəsində qaayıtdığını iddia edirlər. Lakin onların nə deməsindən asılı olmayaraq hər kəsə məlumdur ki, o dövrdə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qalması məhz AXC-Müsavat hakimiyyətinin səriştəsizliyinin nəticəsi idi. Gəncə hadisələri baş verdikdən sonra ölkəni uçuruma yuvarlatdıqlarını anlayan ozamankı hakimiyyət Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuş, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtmışdı. Beləliklə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşdü. Heç şübhəsiz, Qurtuluş xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ümumiyyətlə, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: birincisi, xalqın Ümummilli Liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, Ulu Öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi.
Ulu Öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək müstəqil dövlətin sarsılmaz təməllərini yaratdı. Məhz bu təməllər üzərində müsətqil Azərbaycan inkişaf edərək bugünkü yüksək inkişaf mərhələsinə çatıb. Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Hazırda müstəqil dövlətimiz ən qüdrətli dövrünü yaşayır. Bu tarixi nailiyyətlərin əsasında isə Qurtuluş məfkurəsi dayanır!
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

