“Əsrin möcüzəsi: Dünyaya günəş kimi parlayan bütöv Azərbaycan!”
14.06.2024 [11:33]
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Əsrin möcüzəsi: Dünyaya günəş kimi parlayan bütöv Azərbaycan!” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş video-film nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov, İlahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Ümummilli Lider Heydər Əliyevin tarixi xilaskarlıq fəaliyyəti barədə müxtəlif mövzularda çıxışlar ediblər.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Xüsusilə vurulanıb ki, Ulu Öndər Heydər Əliyevin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” tarixi kəlamı bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, şanlı Ordumuzun parlaq Qələbəsi, həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlu nəticələr sayəsində tarixi reallığa çevrilib. Bu gün dünyaya günəş kimi parlayan bütöv Azərbaycan dünyanın siyasi arenasında mətin addımlarla yeni zirvələrə doğru irəliləyir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49

