YAP Xətai rayon təşkilatı partiyanın yubiley təntənəsini yaşayır
22.09.2012 [15:23]
Təşkilatın təsis konfransı 1993-cü il fevralın 13-də keçirilib. Sədri MM-in deputatı Hüseynbala Mirələmovdur.
İlk partiya təşkilatlarının sayı - 147
YAP üzvlərinin sayı - 16 243 nəfərdir
Qadınlar - 7911 nəfərdir
Gənclər - 4833 nəfərdir
İdarə Heyəti - 23 nəfərdən ibarətdir
Şura üzvlərinin sayı - 49 nəfər
Nəzarət-təftiş qrupunun üzvləri - 9 nəfər
Ali təhsillilərin sayı - 3637 nəfər
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı partiyanın Bakı şəhər üzrə yaradılmış sayca ikinci yerli strukturudur. Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bu strukturun yaradılmasında fəal iştirak edib. Həmin dövrləri xatırlayarkən H.Mirələmov YAP üzvlərinin əsil fədakarlıq göstərdiyini deyir. Çünki AXC-Müsavat cütlüyünün hakimiyyətinin təzyiqləri, hədə-qorxuları qarşısında partiya quruculuğunu həyata keçirmək böyük mübarizlik tələb edirdi. “Yeni Azərbaycan Partiyasının yaradılmasının və o zamankı siyasi proseslərin canlı şahidiyəm. 1993-cü il fevralın 13-də “Bakı” kinoteatrında YAP-ın Xətai rayon təşkilatının təsis konfransı keçirildi. Amma bu təsis konfransını keçirmək elə də asan olmadı. Çünki hara gedirdik, kimə müraciət edirdik bizə yer vermirdilər. Demək olar ki, hamı AXC-Müsavat hakimiyyətinin qəddarlığından qorxurdu. Bilirdilər ki, sonra bu hərəkətinə görə onları çox incidəcəklər. Belə bir şəraitdə mən “Bakı” kinoteatrının direktorunun yanına gedib təsis konfransını keçirməyə şərait yaratmaq üçün müraciət etdim. O müraciətimə etiraz etmədi və Ulu öndər Heydər Əliyev haqqında xoş sözlər dedi. Amma bir şərtlə razılıq verdi ki, kinoteatrda bilet almaq lazımdır. Heç olmasa satılan biletlərin 80 faizi alınmalı idi ki, AXC-Müsavat cütlüyü burada konfrans keçirilməsindən xəbər tutmasın. Yəni bunu etməklə hansısa filmin nümayişi görüntüsü yaranırdı. Məqsəd isə bu idi ki, hakimiyyət bundan xəbər tutub konfransın işinə mane olmasın. Kinoteatrın direktorunun dediyi kimi də etdik. Partiyanın yaradıcıları olan insanlar da bu təsis konfransında iştirak edirdilər. Məhz elə bir ağır və çətin dövrdə mübariz insanların sayəsində YAP Xətai rayon təşkilatı yaradıldı. Rafiq Qasımov təsis konfransında sədr, mən isə təşkilatın sədr müavini seçildim. O zamandan burada təşkilanma işi başladı. Bu proseslər göstərdi ki, partiya işi mübarizlik tələb edir” – deyə, H.Mirələmov bildirir.
1993-cü ilin fevralından ötən dövr ərzində YAP Xətai rayon təşkilatı böyük inkişaf yolu keçib. Həmin il cəmi bir neçə yüz nəfərdən ibarət idisə, hazırda 147 ərazi ilk partiya təşkilatı üzrə 17 min nəfərə yaxın üzv birləşib. Təşkilatda qadınların sayı 7911 nəfər, gənclərin sayı isə 4833 nəfərdir. İlbəil rayon təşkilatı kəmiyyət və keyfiyyət baxımından fəaliyyətini inkişaf etdirir. Bu inkişaf üçün partiya təşkilatı bütün imkanlara malikdir. Belə ki, rayon təşkilatının qərargahı hər bir cəhətdən təmin edilib və işçilər üçün bütün şərait yaradılıb. Burada çalışan 11 nəfər ştatlı işçidən isə sadəcə, öz vəzifələrinin öhdəsindən lazımi səviyyədə gəlmələri tələb olunur ki, onlar da fəaliyyətlərində bunu göstərirlər.
2007-ci ildən YAP Xətai rayon təşkilatına sədrlik edən H.Mirələmov qeyd edir ki, işimizi partiyanın nizamnaməsi əsasında qurmuşuq və bütün məsələləri layiqincə yerinə yetirməyə çalışırıq. Rayon təşkilatında partiyaya qəbul məsələlərinə də ciddi fikir verilir. YAP sıralarına qəbul olmaq istəyən hər bir kəs öz ərizəsində bu partiyaya hansı səbəbdən qoşulmaq istəyini ifadə edir. Rayon təşkilatının sədri deyir ki, YAP gələcəyin partiyasıdır və onun sıralarında əqidəli insanlar toplaşmalıdır. Partiyaya üzv qəbul olunmaq istəyən insanlar da öz ərizələrində YAP-ın proqram və nizamnaməsinə əməl edəcəklərini vurğulayırlar.
YAP Xətai rayon təşkilatı cəmiyyətin aparıcı qüvvəsi olan gənclərlə də işini güclü qurub. Bunun nəticəsi olaraq gənclərin partiyaya axını sürətlənib, onların ictimai-siyasi proseslərdə fəallığı daha da artıb. Gənclər Heydər Əliyev ideyalarını dərindən mənimsəməyə çalışır və eyni zamanda, Ulu öndərimizin ideyalarının fəal təbliğatçılarıdırlar. Bütün bunlarla yanaşı, gənclər sosial şəbəkələrdə də aktivdir və müxalifətin iddialarına qarşı ağıl və məntiqlə cavab verirlər.
YAP Xətai rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə bağlı tədbirlər də keçirməyə nəzərdə tutur. Bu istiqamətdə təşkilatda ciddi hazırlıq işləri gedir. Tədbirlər çərçivəsində partiya işində fəallıq göstərən üzvlərin rayon təşkilatı tərəfindən mükafatlandırılması nəzərdə tutulur.
Təşkilatın ictimaiyyətlə əlaqələrinə gəlincə, burada da iş prinsipi şəffaflığa əsaslanır. H.Mirələmov deyir ki, qərargahda xüsusi rejim yoxdur və insanlar istənilən məsələ ilə bağlı rayon təşkilatına müraciət edir. Qərargahda təkcə partiya üzvlərinin deyil, bütün insanların müraciətlərinə diqqətlə yanaşılır. “İnsanların istəklərini, qaldırdıqları problemləri həll edirik. Bu məsələlərlə bağlı həm rayon təşkilatının sədri, həm də millət vəkili kimi rayon İcra Hakimiyyətinə müraciət edirəm. Bir sözlə, qapılarımız həmişə insanların üzünə açıqdır” – H.Mirələmov deyir.
Qeyd edək ki, təşkilatın aparında 2 böyük təlimatçı, 3 təlimatçı, mühasib, kompüter mütəxəssisi və 3 texniki işçi çalışır. Aparat rəhbəri Mayıl Kərimov bildirir ki, təlimatçılar fəaliyyətdə olan 147 ərazi ilk partiya təşkilatı ilə sıx təmasdadırlar: “Təlimatçılar aparatla ilk təşkilatlar arasında körpü rolunu oynayırlar. Onlar ilk təşkilatların tədbirlərində, iclaslarında iştirak edirlər. Ən gərgin fəaliyyət dövrümüz isə seçki kampaniyaları zamanı olur. Çalışırıq ki, bütün seçkilərdə partiyamızın bu ərazi üzrə qələbəsini təmin edək. Onu da deyim ki, hər ay rayon təşkilatının İdarə Heyətinin iclası keçirilir, 3 aydan bir isə şura iclası olur. Üzvlük haqlarının toplanması da bank köçürmələri vasitəsilə edilir. Təşkilatımızın fəalları mütəmadi olaraq mətbuatda çıxışlar edirlər və üzərlərinə düşən digər vəzifələri də yerinə yetirirlər”.
YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının sədri Aidə Hüseynzadə isə qadınların partiya fəaliyətindən söz açır. O qeyd edir ki, ölkəmizdə qadınların ictimai-siyasi fəallığı xeyli artıb. Bu baxımdan, YAP sıralarında birləşən zərif cinslərin rolu xüsusi vurğulanmalıdır. Nəzərə alsaq ki, partiya sıralarında qadınların fəallığı artır, onda A.Hüseynzadənin fikirləri ilə razılaşmamaq mümkün deyil. Son bələdiyyə seçkilərinin nəticəsi olaraq qadınların yerli özünüidarə orqanlarda təmsilçiliyinin artaraq 30 faizə yüksəlməsi bu faktın əyani təsdiqidir. A.Hüseynzadənin sözlərinə görə, rayon təşkilatında birləşən qadınlar hər zaman ölkəmizdə həyata keçirən siyasətin uğurlarını geniş ictimaiyyət arasında təbliğ edir. Bu təbliğatı işlərini isə insanlarda görüşlərdə, keçirilən tədbirlərdə və digər müstəvilərdə edir.
Gənclər də bu prosesdə öz sözlərini deməyi bacarır. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev deyir ki, ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirilməsi bu təbəqənin hərtərəfli inkişafında xüsusi rol oynayır. “Gənclərimiz bu siyasətin bəhrəsini görür və müstəqil ölkəmizin inkişafına öz töhfələrini verməyə çalışırlar. Rayon təşkilatımızda birləşən gənclər də hər zaman dövlətçiliyə, Heydər Əliyev ideyalarına sadiqdirlər və Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Biz həm ictimaiyyətlə görüşlərdə, xüsusilə sosial şəbəkələrdə bu siyasəti təbliğ edirik” – deyə, S.Əliyev bildirir. Rayon təşkilatı aparatının baş təlimatçıları Təranə Paşayeva və Hacısultan Ramaldanov isə işlərində həmişə bir-birilərinə kömək edirlər. Onlar deyirlər ki, gündəlik iş ilk partiya təşkilatları ilə əlaqə saxlamaq, partiyaya üzv qəbul edənlərin müraciətlərinə baxmaq, üzvlük haqlarının toplanması ilə məşğul olmaq və digər partiya işləridir. İlk təşkilatlarda aparılan ideoloji işlər nəticəsində partiyaya yeni-yeni üzvlər qəbul olunur.
Digər təlimatçı Nurəddin Muğanlı isə rayon üzrə səhiyyə müəssisələrini əhatə edən ərazi ilk partiya təşkilatları ilə işləyir. O, bu sahədə hər hansı problemin olmadığını, səhiyyə işçilərinin intizamlı partiya üzvləri olduqlarını qeyd edir.
Ülvi Abbasov isə kompüter mütəxəssisidir. Rayon təşkilatına aid olan bütün sənədlər onun kompüterində toplanıb. Ona görə də, bir mütəxəssis kimi bu sənədləri etibarlı şəkildə qoruyur.
Nəticə etibarilə demək olar ki, YAP Xətai rayon təşkilatı öz fəaliyyətini sistemli şəkildə qurub. Bunun nəticəsində də partiya işləri lazımi səviyyədə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

