Etibarlı tərəfdaşlığın yeni inkişaf dövrü
11.06.2024 [11:27]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın xarici siyasətində Misir Ərəb Respublikası ilə münasibətlər xüsusi yer tutur. Azərbaycan ilə Misir arasındakı münasibətlərin tarixi çox qədimdir. Tarixin müxtəlif çağlarında inkişaf edən əlaqələr bu gün də uğurla davam edir. Hər iki dövlət başçılarının qarşılıqlı səfərləri iqtisadi əməkdaşlığın inkişafına, Azərbaycan-Misir münasibətlərinin yeni inkişaf dövrünün başlamasına təkan olur.
İyunun 7-də Qalib ölkəmizin Qalib Lideri cənab İlham Əliyevin Misirə rəsmi səfəri iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin inkişafında yeni səhifə açdı.
Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə həm təkbətək, həm də geniş tərkibdə görüşləri, bu görüşlərdən sonra mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsini nümayiş etdirdi.
Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində müxtəlif istiqamətli 7 mühüm sənədin imzalanması gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanın daha da möhkəmlənməsindən xəbər verir.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”nın imzalanması əməkdaşlığın daha da möhkəmləndiyini təsdiqləyir. O cümlədən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”nun, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nun imzalanmsı əlaqələrin daha da dərinləşdiyini göstərir. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması da iki dost ölkə arasında hərtərəfli münasibətlərin bundan sonra daha da inkişafına təkan olacaq.
Mətbuata bəyanatında dövlət başçımız cənab İlham Əliyev Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini bir daha gündəmə gətirərək, bildirib ki, biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik. Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.
Ölkə Prezidentimiz İlham Əliyev Misirin COP27 sədrliyi və ev sahibliyinin böyük uğurla nəticələndiyini, Azərbaycanın qardaş ölkənin bu sahədəki təcrübəsindən bəhrələndiyini diqqətə çatdıraraq, həmkarını bu münasibətlə. təbrik edib. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyini bildirən Əbdülfəttah Əs-Sisi Bakıda keçiriləcək COP29 konfransına dəvətdən şad olduğunu bildirib.
Qalib Liderimiz cənab İlham Əliyevin Misirə rəsmi səfəri iki dost ölkənin müxtəlif sahələrdə iqtisadi, humanitar-mədəni əlaqələrinin sürətlə inkişaf etdiyinin, qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunun bir daha nümayişi oldu.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

