Orta Dəhliz Türk dünyası üçün əlaqələndirici vasitədir
10.06.2024 [11:10]
Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbul edərək bu iclasların Türk dünyasının birliyinin gücləndirilməsindəki rolundan, bu sahədə Azərbaycanın prioritetlərindən söhbət açmışdır. Ölkəmizin başçısı vahid və böyük bir ailə olan Türk ailəsinin getdikcə möhkəmlənən birliyinin hər sahədə özünü qabarıq şəkildə göstərdiyini bildirərək nəqliyyat və kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlərə diqqət çəkmişdir.
Cənab Prezident bildirmişdir ki, bir aydan sonra Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə müzakirə olunacaq məsələlərdən biri də nəqliyyat məsələsi olacaqdır: “Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.”
Məlumdur ki. Türk dövlətlərinin demək olar ki hamısını birləşdirən nəqliyyat layihəsi olan Orta Dəhliz layihəsi çox mühüm əhəmiyyət daşıyır. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan Orta Dəhliz mühüm nəqliyyat-komunikasiya layihəsidir. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib.
Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Orta Dəhliz (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) respublikamız üçün mühüm önəm daşıyır. Orta Dəhliz dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb. Orta Dəhlizi bir dəyər zənciri də adlandırmaq olar. Amma daha geniş anlamda, bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.
Orta Dəhlizin davamlı inkişafı nəticəsində cari ilin yanvar-avqust aylarında bu marşrutla Çindən Avropaya daşınan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 84 faiz çox olub. Bu göstəricinin əldə olunmasında Azərbaycan və Gürcüstanın müvafiq nazirlikləri ilə əlaqələndirilmiş iş mühüm rol oynayıb.
Layihənin həyata keçirilməsində Xəzərətrafı ölkələr körpü rolunu oynamaq qabiliyyətinə malikdirlər. Azərbaycanın uzun illərdir qurduğu infrastruktur sayəsində Türkiyə üzərindən qərbə çıxış əldə edilir. Əgər “Yaşıl kolidor”la vahid tranzit siyasəti olarsa, bura həm təhlükəsizlik baxımından sabit bir bölgədir, həm tranzit yüklərinin daşınmasında zaman etibarı ilə Rusiyadan keçən yüklərdən daha tez həyata keçirmək mümkündür. Görünən odur ki, “Orta Dəhliz” sayəsində Türk coğrafiyası dünya üçün çox, hətta həyati əhəmiyyət kəsb edən önəm qazanıb. “Orta Dəhliz” üzərindən keçən dəniz, dəmiryolu və avtomobil yolları, limanları və qovşaqları faktiki olaraq hazırda dünya iqtisadiyyatının xilası rolunu oynamaqdadır.
Ölkəmizin başçısı cənab İlham Əliyev parlamentarilərlə görüşündə də həmin məsələyə diqqət çəkmiş və bundan sonrakı fəaliyyətin ciddi şəkildə müzakirəsinin vacibliyini bildirmişdir: “Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.”
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

