Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır
06.06.2024 [12:52]
Cari ilin 4 iyun tarixində paytaxtımızda ənənəvi Bakı Enerji Həftəsinə start verildi. Bakı Enerji Həftəsinə dünyanın aparıcı enerji şirkətlərindən nümayəndələr, dövlət rəsmiləri, beyin mərkəzlərinin əməkdaşları qatılıblar.Onların iştirakı bu tədbir mühüm platformaya çevirib.Bakı Enerji Həftəsi çərçivədə keçirilən tədbirlər qlobal eneji məsələlərinin müzakirəsinə geniş imkanlar açır. Dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirəsi bu sahədə real və səmərəli addımların atılması enerji sahəsində innovasiya və texnologiyaların təyinatı baxımından çox əhəmiyyətlidir.Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu.
Bakı Enerji Həftəsinin bir neçə aydan sonra Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin fonunda baş tutması çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin neft və qaz ehtiyatları ilə zəngin olan ölkəmizin iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə də öndə olmasının zəruriliyi barədə səsləndirdiyi fikirlərin tamamilə doğru olduğunu dünyanın diqqət mərkəzinə çəkdi: “Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir.” Əminliklə deyə bilərik ki, noyabr ayında Azərbaycana səfər edəcək hər kəsə bu nüfuzlu tədbirin gedişində həm öz ölkəsini, həm də qlobal miqyasda bütün dünyanı narahat edən problemləri ətraflı müzakirə edə bilmək üçün hər cür şərait yaradılacaq.
Öz çıxışında iqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan dövlətimizin başçısı bu məsələnin də qlobal xarakter daşıdığını diqqətə çatdırdı: “Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır.”
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə də Prezident İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, böyük hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçudur. Dövlətimizin başçısının da vurğuladığı kimi, "bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik". Lakin Azərbaycan özünün yolunu müəyyən edib. Belə ki, COP29-a ev sahibliyini üzərinə götürməklə və yaşıl enerjiyə keçid sahəsində bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub. 4 iyun tarixində start verilən Bakı enerji həftəsi deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

