Azərbaycan - Tacikistan münasibətləri ən yüksək səviyyədə
30.05.2024 [11:31]
1992-ci ildə qurulan Tacikistan və Azərbaycan arasında münasibətlər 15 ildən sonra fəaliyyət mövqeyinə keçib. Belə ki, 2007 –ci ildə rəsmi Bakının Düşənbədə diplomatik nümayəndəliyi təsis edilib.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyevin və Tacikistan liderinin şəxsi dostluq münasibətləri, çoxsaylı qarşılıqlı yüksək səviyyəli səfərlər, imzalanmış sənədlər bu əlaqələri daha da möhkəmləndirir. Məhz bunun nəticəsidir ki, bu gün iki ölkə arasında münasibətlər yüksək dinamika ilə inkişaf edir.
Mayın 23-də Prezident İlham Əliyev, ölkəmizə səfər etmiş Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla birgə mətbuata bəyanatlarla çıxışında nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında iki ölkə arasındakı qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin geniş müzakirə etdiklərini, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətlərin üzvlərinə konkret tapşırıqların verdiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı həmkarını noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdiyini , ölkəmizin bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşdığını və Tacikistanın da tədbirdə aktiv iştirak edəcəyinə əminliyini ifadə edib.
“Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır”- deyən ölkə başçısı Bu gün iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyəyə çatdığını vurğulayıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycan -Tacikistan arasında imzalanan Strateji Tərəfdaşlıq Bəyannamədən bəhs edərək, bu mühüm sənədin iki ölkə münasibətlərinin xarakterini, ruhunu, xalqların iradəsini əks etdirdiyini bildirib.
Ölkə başçısı bu Bəyannamənin qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə etdiyini, həmçinin Bəyannamə ilə yanaşı, daha 13 sənədin, ümumilikdə 14 sənədin imzalandığını diqqətə çatdırıb. Prezident bütün bunların iki ölkə arasındakı münasibətlərin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirdiyini söyləyib.
Prezident İlham Əliyev sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini, Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdiklərini diqqətə çatdırıb və danışılan məsələlərin, hökumət üzvlərinə verilən tapşırıqların ən qısa zamanda icra olunacağına əmin olduğunu bildirib. Nəqliyyat sektorunun da diqqət mərkəzimizdə olduğunu vurğulayan ölkə başçısı Azərbaycanın öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırdığını və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazır olduğunu məlumat üçün həmkarına bildirib.
Dövlət başçısı çıxışında həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri də müzakirə etdiklərini, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdiklərini diqqətə çatdırıb.
Azərbaycan və Tacikistanın dövlətlərarası münasibətləri hazırda ən yüksək dövrünü yaşayır. Prezidentlərin Tacikistan və Azərbaycanda müntəzəm qarşılıqlı səfərləri, təmasları münasibətlərin yüksək səviyyəyə çatmasında ən mühüm amilidir.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

