Göygöl rayonunda “28 May- Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
27.05.2024 [16:33]
Bu gün Göygöl rayonunda müvafiq tədbirlər planına uyğun olaraq 28 May Müstəqillik Günü münasibətilə “Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur” mövzusunda dəyirmi masa keçirildi.
Göygöl rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, QƏQİB Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, təhsil işçiləri, QHT nümayəndələri, müharbə iştirakçıları və fəal gənclər iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tədbiri açaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salındığını, bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşda yeri və rolunun ətraflı təhlil edildiyini, dövlət quruculuğu təcrübəsi baxımından hərtərəfli öyrənildiyini vurğulayıb.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışmış, xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını və onun nurundan yaranmış Yeni Azərbaycan Partiyasının çox böyük rolunun olduğunu bildirmişdir.
Vüqar İsayev Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açmış, Müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində Yeni Azərbaycan Partiyasının aktiv rolundan bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxmışdır. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.
Göygöl Gənclər Evinin metodisti Gülmira Əbdülkərimova “Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur” mövzusunda məruzə ilə çıxış etmişdir.
Sonra Vüsal Rzayev, Şəhriyar İsmayılzadə, Araz Abbasov, Sevinc Paşayeva, Könül Kazımova, Vəfa İbrahimova və digərləri çıxış edərək müstəqillik tariximizdən danışmış, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınmasından, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasətdən və qazanılmış uğurlardan söhbət açmış, Azərbaycan dövlət müstəqilliyinin bir daha heç vaxt əldən verilməyəcəyini, müstəqilliyimizin əbədi olacağını əminliklə bildirmişlər.
Bütün çıxış və nitqlərdə müstəqilliyimizin əldə olunmasında əməyi olan şəxslər hörmətlə xatırlanmış, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Ulu Öndərin rolu xüsusi olaraq vurğulanmış, xalqımızın tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda müstəqillik tariximizə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

