Pirallahı rayonunda “28 May-Müstəqillik günü” təntənəli şəkildə qeyd edildi
27.05.2024 [16:09]
27 May 2024-cü il tarixdə Pirallahı rayonunda “28 May-Müstəqillik günü” ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və fəal gənclər iştirak etdilər.
Tədbir 14 saylı Uşaq Musiqi Məktəbinin yetirmələrinin Azərbaycan Respublikasının dövlət himnini ifa etməsi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Daha sonra mövzuya həsr olunmuş video çarx nümayiş etdirildi.
Tədbirdə giriş nitqi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın tarixində yeni bir səhifə açıldığını vurğuladı. Qeyd edildi ki, qısa ömrünə rəğmən Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmiş, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmiş, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmişdir. Azərbaycanın ilk universiteti təsis olunmuş, təhsil milliləşdirilmiş, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülmüşdür. A.Abdullayev onu da qeyd etdi ki, Azərbaycanın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyində və dövlət quruculuğunda Ümummilli lider Heydər Əliyevin rolu miqyasa gəlməzdir. Ulu Öndər Heydər Əliyev, 1991-ci ildə SSRİ-nin süqutundan sonra yenidən müstəqillik qazanan Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə inkişafını təmin edən bir nömrəli şəxsiyyətdir. Onun rəhbərliyi altında Azərbaycan, müstəqilliyini möhkəmləndirərək regional və beynəlxalq arenada öz mövqeyini gücləndirmişdir. Bildirildi ki, onun mirası, ölkənin gələcək inkişafında bu gün də öz əksini tapmağa davam edir. Belə ki, 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsi Heydər Əliyev irsinin ölkəmizdə tətbiqini davam etdirdi. İlham Əliyev fəaliyyəti dövründə ölkənin hərtərəfli inkişafına və beynəlxalq mövqeyinin gücləndirilməsinə nail oldu. Dövlət başçımızın fəaliyyətinin ən əsas istiqaməti isə təbiidir ki, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bütün ölkə ərazisində təmin edilməsi idi. 2020-ci ildə böyük ustalıqla, sözün əsl mənasında zərgər dəqiqliyi ilə yürüdülən siyasət, Azərbaycan Silahlı Qüvvələrinin böyük cəsarət, rəşadət və peşəkarlıq tələb edən mübarizəsi və xalq-iqtidar-ordu birliyi uzun illər davam edən erməni işğalını sonlandırdı və torpaqlarımızın əhəmiyyətli hissəsi azad edildi. Tarixi missiya 2023-cü ilin sentyabrında tam olaraq sona çatdırıldı. Bir günlük anti-terror əməliyyatı ilə Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran nəzarətimizə qaytarıldı. Bununla da, bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi.
Daha sonra çıxış edən, 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov və YAP Pirallahı rayon təşkilatının gənc fəalı, Azərbaycan Tibb Üniversitetinin I kurs tələbəsi Nərmin Əhmədova qeyd etdi ki, 28 May Müstəqillik Günü gənclər üçün tarixi və milli kimlik baxımından dərin mənaya malikdir. Bu gün, onların özlərini milli dəyərlərə daha çox bağlı hiss etmələrinə və gələcəkdə daha da böyük uğurlar əldə etməyə ilham verir. Gənclər bu günü qeyd edərək, həm özlərini inkişaf etdirir, həm də ölkələrinin gələcəyinə dair böyük məsuliyyət daşıdıqlarını dərk edirlər.
Tədbir daha sonra bədii hissə ilə davam etdi. “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin əl işlərindən ibarət sərginin də nümayiş olunduğu tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar sərgiləndi, şeirlər səsləndirildi
Xəbər lenti
Hamısına baxElm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56

