İmişlidə bir qrup rayon ağsaqqalları ilə görüş keçirilib
24.05.2024 [12:46]
İmişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə rayonun bir qrup ağsaqqalları ilə görüş keçirilib. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin rayon ictimaiyyətinə təbliği olmuşdur.
Görüşü giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edib və ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirib. Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin gördüyü təqdirəlayiq işlərdən söz açıb. Bildirib ki, qısa müddətdə təşkilatın işinin müasir çağırışlara uyğun yenidən təşkil olunması və nəticədə qurumun fəaliyyətində nəzərəçarpacaq canlanmanın yaranması, 77 şəhər və rayon Ağsaqqallar Şurasının öz işlərini yüksək səviyyədə qurması, Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsi, xüsusilə də Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməsi və əldə olunan bir sıra digər nailiyyətlər onun adı ilə bağlıdır. Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb.
İmişli rayon Ağsaqqallar Şurasının sədr müavini Davud Zülfüqarov çıxış edərək ağsaqqallıq missiyasının hər bir ağsaqqal üçün həm şərəf, həm ağır bir mənəvi yük, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd edib.
Digər çıxış edənlər əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə ağsaqqallar adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.
Görüşdən sonra rayon Ağsaqqallar Şurasının dəstəyi ilə nahar süfrəsi açılmışdır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

