Davamlı inkişaf edən əlaqələr
13.05.2024 [13:10]
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfər etmiş, səfər çərçivəsində Dövlət başçılarının əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşləri baş tutmuş, iki ölkə arasında bir neçə önəmli sənədlər imzalanmışdır.
Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxışında Bolqarıstan və Azərbaycanın 2015-ci ildən strateji tərəfdaş olduğunu, bu illər ərzində iki ölkə arasında əlaqələrin sürətlə və uğurla inkişaf etdiyini bildirib.
Ölkə başçısı son vaxtlar Bolqarıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını diqqətə çatdıraraq, bunun əsas səbəbinin enerji sektorundakı əməkdaşlıq olduğunu vurğulayıb. “Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır”- deyən Prezident İlham Əliyev keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazının Bolqarıstan bazarına nəql edildiyini, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcəkdir ki, bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.
Bolqarıstanın qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrildiyini söyləyən ölkə başçısı hazırda Azərbaycan qazının Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edildiyinivə gələcəkdə bu ölkələrin sayının daha da artacağını , bütün bunların isə çox güclü ikitərəfli əlaqələrin məntiqi nəticəsi olduğunu bildirib.
Prezident İlham Əliyev gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs edib. Dövlətimizin başçısı Azərbaycanın tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji sahəsində çox fəal iş apardığını, ölkəmizin Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında digər önəmli istiqamət olan nəqliyyatla bağlı məsələyə də toxunub. Ölkəmizin sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinın tam başa çatdığını və onun ötürmə qabiliyyətinın bir neçə dəfə artırdığını bildirib. Ölkə başçısı qeyd edib ki, bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44

