“Tarixin izi ilə” mövzusunda dəyirmi masa keçirilib
03.05.2024 [18:30]
03.05.2024 -cü il tarixində “28 May “ mədəniyyət evində Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Şərqi-Zəngəzur Regional İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş “Tarixin izi ilə” mövzusunda dəyirmi masa keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Şərqi-Zəngəzur Regional İdman idarəsinin rəisi Natiq Abbasov , Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının məsul işçiləri , Şərqi-Zəngəzur Regional İdman idarəsinin məsul işçiləri ,Qubadlı rayon mədəniyyət evinin məsul işçiləri ,Qubadlı rayon Təhsil şöbəsinin məsul işçiləri ,məktəb kollektivləri və YAP –ın fəalları iştirak edib.
Tədbirdə “Ulu Öndər Heydər Əliyevin tarixi xidməti-Tarixin izi” ilə filmi nümayiş olunub
Tədbirdə çıxış edən tədbir iştirakçıları qeyd etdilər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir.
Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir.
Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı və xalqın rifah halının yaxşılaşmasına şərait yaratdı.
Bu yol hazırda Ulu Öndərin ictimai-siyasi varisi, dünyada öz zəkası, qətiyyəti ilə seçilən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün 44 günlük Vətən müharibəsində torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü tam bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir.
Bu gün Azərbaycanda Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.
Birinci vitse – prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir çox sosial layihələr həyata keçirilmiş, xalqın rifah halının yaxşılaması istiqamətində müxtəlif tədbirlər görülmüşdür. Eyni zamanda Heydər Əliyev Fondunun iştirakı və davamlı fəaliyyəti nəinki Azərbaycanda, həmçinin xarici ölkələrdə Heydər Əliyev irsini yaşadaraq görülən işlərlə bir çox uğurlu layihələr həyata keçirilmiş, Heydər Əliyev ideyalarının Azərbaycana və dünyaya bəxş etdiyi töhfələri özünün yorulmaz fəaliyyəti ilə daim cəmiyyətin diqqətinə çatdırmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə və xaricdə yaşayan azərbaycanlıların birgə fəaliyyəti ilə ümumilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin və ölkəmizin tarixi-mədəni irsinin dünyada tanınmasıyla bağlı bir çox uğurlu layihələrə imza atılmışdır.
Güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf edir.
Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi əbədi yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

