Mövqeyimiz qəti və aydındır
01.05.2024 [11:52]
Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.
Keçən ilin martında Berlində, iki ay əvvəl Münxendə kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.
Aprelin 26-da “Petersberq Dialoqu”nda iştirak etmək dəvətə görə Almaniyanın Federal Kansleri Olaf Şoltsa təşəkkürüüü bildirən ölkə başçısı qeyd edib ki, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Hazırlıq üçün bizim bir ildən də az vaxtımız qalırdı. Beləliklə, biz yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik.”
Xəzər dənizinin külək enerji potensialının 157 qiqavata bərabər olduğunu bildirən ölkə başçısı artıq bir neçə kontraktın imzalandığını bildirərək gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəyinə əminlik ifadə edib.
Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzaladığını xatırladan cənab İlham Əliyev ümidvar olduğunu bildirib ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Enerji resurslarına malik bir ölkənin COP29-a ev sahibliyi etməsinə qısqanc münasibətini əsassız adlandıran ölkə başçısı qeyd etmişdir ki, “Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik.”
Avropa Komissiyasının xahişi əsasında Avropa İttifaqının 12 milyard kubmetr qaz ixrac edildiyini bildirən ölkə başçısı bildirib ki, qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.
Cənab İlham Əliyevin bu məntiqli və tutarlı mesajı kifayət qədər aydındır. Yəni ki, bizi tənqid edənlər bilməlidir ki, bu gün dünya hələ də qalıq enerjidən istifadə etməyə məhkumdur. Lakin bu qədər sərvətimiz olsa da, biz dünyanın iqlim təhlükəsizliyinə töhfə vermək, yaşıl enerjiyə keçid sahəsində layihələr icra etmək niyyətindəyik. Ona görə də ölkəmizdə yaranmış əlverişli investisiya mühitindən istifadə edərək yaşıl enerji layihələrinə sərmayə qoymaq daha yaxşı olardı.
Enerji təhlükəsizliyini birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edən cənab İlham Əliyev bu sahədə ayrı-seçkilik hallarının olmamasının vacibliyini qeyd edərək “Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin, eyni zamanda, artıq qeyd etdiyim kimi faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar.”-deyə münasibətini bildirmişdir.
Ölkə başçısının Almaniya səfər bir daha göstərmişdir ki, Azərbaycan öz qəti və aydın mövqeyindi dayanır, ona dost əli uzadan hər kəslə bərabərhüquqlu münasibətdə maraqlıdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

