Ukraynanın yeni baş komandanı: “qəssab” ləqəbli rusəsilli general
13.02.2024 [11:06]
Xəbər verildiyi kimi, Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırski ölkənin silahlı qüvvələrinə baş komandan təyin edilib. Rusiya ilə müharibə aparan bir ölkədə həlledici dərəcədə yüksək posta təyin olunan generalın kimliyi həm sözügedən ölkələrdə, həm də xaricdə maraq və müzakirə doğurub.
Ukrayna ordusunu idarə edən rus general
Ukraynanın yeni ali baş komandanı haqqında ən maraqlı fakt generalın rus əsilli olması, valideynlərinin isə hələ də Moskva ətrafında yaşamasıdır.
Ötən həftənin sonlarına qədər Ukraynanın quru qoşunlarının komandanı vəzifəsində çalışan 58 yaşlı Sırski haqqında müxtəlif iddialar səsləndirilir. Rusiya mətbuatı onu “hərbi məqsədlərə çatmaqdan ötrü əsgərlərini soyuqqanlı şəkildə qurban verən sərt sovet generalı” kimi xarakterizə edir. Bu davranışına görə onu “General 200” - yəni əsgər tabutu adlandıranlar da var.
Aleksandr Sırski 1965-ci ildə Rusiyada, Moskva ətrafındakı Vladimir şəhərində anadan olub. 1980-ci illərdə o, Moskvada Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb və 5 il sovet ordusunda xidmət keçib. Ukraynanın yeni baş komandanını müzakirə mövzusuna çevirən nüfuzlu media orqanlarından biri - “Bloomberg” yazır: “Zalujnıdan fərqli olaraq Rusiyada böyüyən Sırski Ukrayna dilində aksentlə danışır”.
1991-ci ildə Sovet İttifaqı dağılan ərəfədə Sırski Ukrayna ordusunda gənc zabit kimi fəaliyyət göstərib. O vaxtdan bəri Ukraynada yaşayan və hərbi karyerasına davam edən Sırski öz xidmətlərinə görə dəfələrlə mükaftalandırılaraq yüksək vəzifələrə layiq görülüb.
Ukrayna ordusu general Sırskinin başçılığı ilə Xarkov və Xerson uğrunda aparılan əks-hücum əməliyyatlarında xüsusi fəallıq göstərib. Onun rəhbərliyi altında Kiyev qısa zaman ərzində geniş ərazilər üzərində nəzarətini bərpa edib. Sırski eyni zamanda 2022-ci ilin payızından 2023-cü ilin yazına qədər Ukrayna qoşunlarının uzun və ölümcül döyüşlərdən sonra təslim olmaq məcburiyyətində qaldıqları Soledarın və Baxmutun da müdafiəsinə cavabdeh olub. Bu ərazilər uğrunda gedən şiddətli döyüşlərdə say etibarı ilə Rusiya qoşunları daha çox itkiyə məruz qalsa da, Ukrayna bu torpaqlarda ciddi irəliləyiş əldə edə bilməyib. Sırski elə həmin vaxtlar Baxmutda dəhşətli döyüşlər gedən ərəfədə “qəssab” ləqəbini qazanıb.
Baxmut müəmması
Beləliklə, rus əsilli generalın Ukrayna ordusunun baş komandanı vəzifəsinə gətirilməsi ölkə daxilində, eləcə də xaricdə birmənalı qarşılanmayıb. Məsələn, “Frontelligence Insight” hərbi bloqunun yazarı “X” sosial şəbəkəsində yazıb: “Sırskinin rəhbərliyi, əməliyyatlarda iştirakı, özünün verdiyi, yaxud onun adından verilən əmrlər ordunu ruhdan salır, o, bütövlükdə, komandanlığın etibarını sarsıdır. Onun amansız taktiki əməliyyatları heç bir uğur qazanmadan dəyərli insan resurslarımızı daim qırğına verir”.
Bloqçunun toxunduğu məsələdə söhbət cəmi Ukrayna ictimaiyyəti arasında çox dartışılan bir mövzudan - Baxmutun müdafiəsi uğrunda hədsiz sayda hərbçinin həlak olmasından gedir. Bu müzakirələrdə tənqid hədəfinə ən çox tuş gələn komandan Sırskidir. Yuxarıda da qeyd edildiyi kimi, “qəssab” ləqəbli general hər kiçik eksperiment üçün onlarla əsgərini ölüm caynağına verməkdən çəkinmir.
Baxmutun müdafiəsinin canlı qüvvə sarıdan Ukrayna ordusuna çox baha başa gəlməsi ilə bağlı ittihamlara cavab verən Sırski isə öz növbəsində israrla deyir ki, rəhbərlik etdiyi ordu Baxmutda dirəniş göstərməklə “Vaqner” muzdlu qruplaşmasını zəiflətməyə, bununla da Rusiyanın hərbi gücünü xeyli dərəcədə azaltmağa nail olub. “Hərbi qulluqçuların həyatı və sağlamlığı hər zaman Ukrayna ordusunun əsas dəyəri olub və bu, belə olaraq da qalır” - bu fikirləri yeni baş komandan Sırski “Telegram” kanalında yazıb. “Buna görə də, döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bölmələrin bərpası arasında tarazlığın qorunması, şəxsi heyətin təhsili, onların hazırlığının gücləndirilməsi bu gün həmişəkindən daha aktualdır”, - deyə Sırski bildirib.
Zalujnı müxalifətə keçir?
Bu arada Rusiya və Ukrayna mətbuatında keçmiş baş komandan general Valeri Zalujni ilə prezident Volodimir Zelenski arasında ziddiyyətlərin olması barədə məlumatlar yayılıb. Mediaya sızdırılan məlumata görə, Zalujni Zelenskiyə müxalif cəbhədə yer almağa hazırlaşır.
Populyar general siyasi ambisiyalarını heç vaxt açıq şəkildə bəyan etməsə də, onun Ukraynada keçiriləcək prezident seçkilərində Zelenskiyə rəqib olacağı ilə bağlı davamlı söz-söhbət gəzir.
Ukraynalı hərbi ekspertlərin fikrincə, xalq arasında nüfuzuna görə Sırski heç bir halda Zalujni ilə müqayisə oluna bilməz. Onların fikrincə, Zalujni Ukrayna xalqının çox güvəndiyi və hörmət bəslədiyi nüfuzlu ictimai xadimdir. Aparılan son sosioloji sorğulara görə, keçmiş baş komandan Ukrayna xalqının 90 faizindən çoxunun etimadını qazanıb. Sırskiyə gəldikdə isə dekabr ayında əhali arasında keçirilmiş sorğular göstərib ki, vətəndaşların, demək olar, 50 faizi generalı tanımır və onun haqqında heç nə bilmir.
Problemlər, prioritetlər, risklər...
Analitiklər bildirirlər ki, Ukrayna silahlı qüvvələrinin baş komandanı postuna gətirilən Aleksandr Sırskinin qarşısında tezliklə həll etməli olduğu bir neçə ciddi problem durur. Bunlardan biri hava məkanına nəzarətin ələ keçirilməsi ilə bağlıdır. Ölkə prezidenti Volodimir Zelenski bu il Rusiyanın pilotsuz təyyarələri və raket hücumlarına qarşı daha effektiv müqavimət göstərmək üçün hava məkanına nəzarəti gücləndirməyi Ukraynanın prioriteti elan edib. Qərb Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etsə də, bu sistemlərin müvafiq sursat və yüksək peşəkarlarla təmin edilməsi hələlik problem olaraq qalır.
İkinci problem isə rus qoşunlarının irəliləməsinin dayandırılması ilə bağlıdır. Hazırda komandanlığın qarşısında duran ən əsas vəzifə elə budur. Çünki Rusiya ordusu ləng şəkildə irəliləsə belə, hərəkətini bir an da dayandırmır. Və bütün bunlar Ukraynanın müttəfiqlərinin, xüsusən də ABŞ və Aİ-nin Ukrayna üçün nəzərdə tutulan yardım paketlərini gecikdirdiyi bir vaxtda baş verir. Bundan əlavə, Ukraynanın hərbi-siyasi rəhbərliyində davamlı kadr dəyişiklikləri, səfərbərliklə bağlı fikir ayrılıqları məsələləri də ordunun ciddi struktur kimi formalaşmasına maneə olur.
Əlbəttə, bütün bu sadalananlar cəbhədə kiçik bir nailiyyət qazanmaqdan ötrü ümumi idarəetməni dəyişən, riskli qərarlar verən və barəsində çoxmənalı fikirlər yürüdülən general Aleksandr Sırskinin qarşısına kifayət qədər ağır məsuliyyət qoyur. Bu məsuliyyət rus əsilli generalı baş komandan təyin edən prezident Zelenskinin də üzərinə düşür.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

