Prezidentlərin fevral görüşü...
06.02.2024 [10:33]
Hansı məsələlər diqqət mərkəzində olacaq?
Rusiya Prezidenti Vladimir Putinin bu ay Türkiyəyə səfəri gözlənilir. Bu yaxınlarda V.Putinin köməkçisi Yuri Uşakov da səfərin fevral ayında baş tutacağını bildirmişdi. Səfər zamanı prezidentlərin müzakirə edəcəyi məsələlər artıq açıqlanıb. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” kanalına müsahibəsində danışıb. O qeyd edib ki, Putinin səfəri çərçivəsində qaz məsələsi, “Akkuyu” atom elektrik stansiyası layihəsi, taxıl müqaviləsi, Suriya və Qəzza zolağındakı vəziyyətin müzakirəsi planlaşdırılır: “Burada enerji məsələsi xüsusilə vacibdir. Bildiyiniz kimi, Türkiyə ilə Rusiya arasında enerji resurslarının böyük ticarəti aparılır. Eyni zamanda, Rusiya indi öz növünün ən böyüklərindən biri olan Akkuyu atom elektrik stansiyasını tikir”.
Hakan Fidan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə regional hadisələrin də müzakirəsi planlaşdırılır: “Taxıl müqaviləsi hər zaman gündəmimizdədir. Prezidentimiz bu məsələyə böyük önəm verir. Biz Rusiya ilə danışıqlar aparırıq. Hazırda bu fürsəti reallaşdırmağa çalışırıq”.
Xatırladaq ki, sonuncu görüş Türkiyə Prezidenti Ərdoğan tərəfindən ötən ilin sentyabrında gerçəkləşmişdi. Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm məsələlər müzakirə olunmuşdu. Bu görüşdə Rusiya Prezidenti bildirmişdi ki, “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi ilə Türkiyə nüvə dövlətləri sırasına daxil olub. Putin əlavə edib ki, Rusiya bundan sonra da Türkiyəni qazla təmin etmək və Türkiyə vasitəsilə üçüncü ölkələrə qaz ixrac etmək niyyətindədir: “Ümid edirəm ki, biz yaxın vaxtlarda “qaz hab”ının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracağıq. Bu, regionda energetika sahəsindəki vəziyyəti daha da stabilləşdirəcək, balanslaşdıracaq. Mənə elə gəlir ki, bu, Türkiyənin kənd təsərrüfatının xeyrinə olacaq. Türkiyə istehsalçılarının kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracını genişləndirmişik. İxracat çox yaxşı həcmdədir”. “Taxıl sazişi”nin uzadılmasına gəlincə, V.Putun Qərbin onları aldatdığını, verilən vədlərin yerinə yetirilməsindən sonra məsələyə baxılacağını qeyd etmişdi.
Ümumiyyətlə, dünyada baş verən mürəkkəb proseslər fonunda Rusiya-Türkiyə yaxınlaşması bölgənin xeyrinədir. Bu baxımdan, Putinin Türkiyəyə gözlənilən səfəri zamanı mühüm məsələlərin müzakirəsi böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, Qərb ölkələri Ukrayna problemi ilə əlaqədar Rusiyaya ağır sanksiyalar tətbiq edib. Digər tərəfdən, Rusiya ilə iqtisadi əlaqələri davam etdirən ölkələrə də sanksiyalara qoşulmaq üçün təzyiqlər edilir. Regionun, bütövlükdə, dünyanın ən güclü dövlətlərindən biri olan Türkiyə öz milli maraqlarına uyğun siyasət yeridir. Bu da xüsusilə, ABŞ-da qıcıqla qarşılanır. Belə ki, ABŞ Rusiya ilə iqtisadi əlaqələrdən çəkinmək, sanksiyalara qoşulmaq üçün Türkiyəyə müəyyən təzyiqlər göstərir. Lakin nəzərə almaq lazımdır ki, hər bir dövlətin öz maraqları var. Müstəqil dövlətlər məhz öz milli maraqlarına uyğun siyasət yürüdürlər. Türkiyə də məhz belə dövlətlərdəndir. Əgər rəsmi Ankara ABŞ-ın istəyinə uyğun siyasət yürüdərsə, bu, Türkiyənin iqtisadiyyatına çox ciddi mənfi təsir göstərəcək. Ona görə də, Türkiyə dövlət maraqları naminə öz siyasətində israrlıdır.
Onu da qeyd edək ki, Rusiya ilə Ukrayna arasında məlum münaqişə başlayanadək Avropanın enerji təchizatı böyük dərəcədə şimal qonşumuzdan reallaşdırılan ixrac hesabına təmin olunurdu. Sonu görünməyən gərginliklər, o cümlədən də qarşılıqlı sanksiyalar fonunda fərqli mənzərə yaranıb. Gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. Avropanın neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Bu kimi reallıqlar fonunda Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi perspektivi mövcuddur. Bu ölkə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Rusiyanın qonşuluğunda yerləşir. Hazır nəql infrastrukturuna malik olması Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar “Türk axını”, TANAP və TAP-dır. Bu layihə Türkiyəni Avrasiyada qaz habına çevirir. Beləliklə, Rusiya və Türkiyəni Akkuyu AES-in tikintisindən tutmuş, qaz qovşağı layihəsinə qədər bir çox layihələr birləşdirməyə davam edir. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır.
Nəzərə almaq lazımdır ki, Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində sırf barışdırıcı mövqedən çıxış edib. Qardaş ölkənin və onun liderinin bu mövqeyi qlobal miqyasda, BMT səviyyəsində yüksək dəyərləndirilir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Qeyd etdiyimiz kimi, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. “Taxıl dəhlizi” haqqında sazişin imzalanmasında da Ankanın rolu xüsusi qeyd edilməlidir.
Hər iki ölkə Cənubi Qafqaz, eləcə də Suriya məsələsində də fəal müzakirələr aparır ki, bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunması baxımından faydalıdır. Bütün bunların fonunda Rusiya Prezidenti Putinin Türkiyəyə gözlənilən səfəri böyük önəm daşıyır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41

