Vaşinqton imtina edəcək?
08.01.2024 [10:55]
ABŞ-ın NATO və BMT-dən çıxma səbəbləri
“Vahid qütb olmaq” uğrunda qlobal mübarizə aparan ABŞ-ın hədəfləri və prioritetləri dəyişə bilər. Bu ilin payızında Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərində demokratların rəqibi olan respublikaçılar qələbə çalacağı təqdirdə rəsmi Vaşinqtonun mövqeyində bir sıra dəyişikliklər nəzərə çarpacaq. Cozef Baydendən öncə ABŞ prezidenti olmuş hazırda isə yeni seçkilərdə iştirakla bağlı qəti qərar vermiş Donald Tramp ABŞ-ın NATO-dan çıxmaq vaxtının çatdığını söyləyirdi. İndi isə bu fikri Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə başqa bir namizədi - Vivek Ramasvami səsləndirib. O bildirib ki, ölkənin NATO-dan çıxmasını istəyir. Bu barədə “Politico” nəşri yazıb. Bildirilib ki, o, bu barədə fikrini açıq ifadə edib. V. Ramasvami prezident seçiləndən sonra onun ölkəsini Alyansdan çıxarması da gözlənilir. Qeyd olunub ki, prezidentliyə namizəd
NATO-nun Soyuq müharibədən sonrakı genişlənmə cəhdinin Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırdığını düşünür. Onun fikrincə,
BMT-dən çıxmağın da vaxtı çatıb. Nəşr qeyd edir ki, ABŞ-ın NATO-dan çıxması son onilliklərin ən böyük transatlantik böhranının başlanğıcı ola bilər.
NATO dağılma ərəfəsində...
NATO ilə bağlı məsələ yenidir - o mənada ki, ABŞ-ın məhz Şimali Atlantika Alyansı vasitəsilə Avropanın təhlükəsizliyinə qarant durmasından “bezdiyi” hər mənada özünü biruzə verməkdədir. Düzdür, Vaşinqton bu yolla özünün proseslərdəki dominant mövqeyini daha da möhkəmləndirmək şansı qazansa da, artıq məsələ fərqli istiqamət almaqdadır - ötən ay Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın bu yöndəki açıqlamaları olduqca mühüm məqamlardan xəbər verirdi. Britaniyalı nazir bildirmişdi ki, Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır”. “Mən ürəkdən inanıram ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Biz həmişə Birləşmiş Ştatların Avropanın köməyinə gələcəyini gözləyə bilmərik”, - nazir bildirib.
Demək ki, NATO-nun “kollektiv təhlükəsizlik limiti” artıq tükənmək üzrədir və builki seçkilər prosesi daha da sürətləndirə bilər. ABŞ-ın “izafi xərclər”dən qaçmaq arzusu isə özünü bütün sferalar üzrə aydın şəkildə ortaya qoyur. Ukraynaya hərbi yardım üçün fikir ayrılıqlarının günü-gündən güclənməsi də NATO-ABŞ münasibətlərində əsaslı dönüş yaradan amillərdən sayıla bilər...
BMT funksionallığını itirib...
BMT-yə gəldikdə isə səslənən fikirlər qurumun öz funksionallığını itirməsi məsələsini yenidən aktuallaşdırır. ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşulmaq fikrində olan namizədlərdən ard-arda bu fikirlərin eşidilməsi məsələnin subyektivlik dərəcəsində məhdudlaşmadığını deməyə əsas verir. Bu məqamı yalnız Respublikaçılar Partiyasının əsas seçki hədəfi də saymaq olmaz - belə ki, ötən ilin sentyabrında ABŞ prezidenti Bayden də BMT-nin strukturunda dəyişikliklər etməyin vaxtının çatdığını düşündüyünü bildirmişdi.
Ümumiyyətlə, BMT-nin son illərdəki fəaliyyətində mütləq geriləmələrin müşahidə olunduğu ilk baxışdan bəllidir. Hətta Ukrayna - Rusiya qarşıdurması zamanı BMT vasitəçilik missiyasını belə uğurla yerinə yetirə bilmədi və bu, qurum daxilində mühüm reformların gərəkdiyini ortaya qoydu. Yaranan vəziyyət nonsesdir. Aktiv müharibələrin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda, siyasi qütblərin daha kəskin və təhlükəli müharibələr haqda anonslar səsləndirdiyi vaxtda BMT susur, proseslərə müdaxilə etmək istəmir, əksinə kənardan izləyici funksiyasında dayanmağa üstünlük verir. Bu isə paradoksal vəziyyət yaradır. Müşahidə olunanlar BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin iflic duruma düşdüyü görüntüsünü yaradır. Bu fakt BMT rəsmiləri tərəfindən də etiraf olunur. Məsələn, bu ilin may ayında Xirosimada keçirilən G7 sammitində çıxış edərkən BMT-nin Baş katibi Antonio Quterreş də BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləyib.
Azərbaycanın və Türkiyənin təklifləri...
Vurğulamaq lazımdır ki, ABŞ-ın birinci şəxsi olmaq uğrunda mübarizə aparan şəxslərin ifadə etdikləri bu məsələlər ilə bağlı ilk təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlmişdi. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da davam etdirmişdi. Türkiyə Prezidenti qeyd etmişdi ki, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi.
Azərbaycan da BMT TŞ-nin yenidən formalaşdırılması ilə bağlı mütəmadi olaraq fikir bildirən ölkələrdəndir. Dövlətimizin bununla bağlı mövqeyi isə aydın və məntiqlidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif etmişdi. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulamışdı.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

