ABŞ-ın pulu tükənir?
22.12.2023 [10:55]
Vaşinqton Ukraynaya hərbi yardımın davam etdirilməsi üçün razılığa gələ bilmir
Ötən ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə, ümumilikdə, on minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar var.
İlk vaxtlarda Qərb Ukraynaya ciddi dəstək verirdi. Amma son zamanlar həm Avropa İttifaqı, həm də ABŞ-da Ukraynaya yeni yardımların edilməsi ilə əlaqədar ciddi problemlər yaranıb. Xüsusilə, ABŞ rəsmiləri tərəfindən Ukraynaya yardım imkanlarının tükənməsi ilə bağlı bəyanatlar səslənməkdədir. Belə ki, bugünlərdə ABŞ Dövlət katibi Antoni Blinken də rəsmi Vaşinqtonun Ukraynaya hərbi yardım göndərmək üçün vaxtının da, pulunun da bitdiyini bəyan edib: “Bizim Kiyevi dəstəkləmək üçün ayrılan pulumuz demək olar ki, tükənib və vaxtımız da yoxdur”. Blinken ABŞ Konqresindən Ukraynaya yeni yardımların ayrılması məsələsinə tez bir zamanda baxılmasını tələb edib.
Əlbəttə ki, yaranmış vəziyyət Ukraynanın arzulamadığı istiqamətdə dəyişə bilər. Qeyd edək ki, yaz aylarından başlayaraq Kiyevin əks-hücum əməliyyatları başlasa da, gözlənilən səmərəni vermədi. Eyni zamanda, yardımların Ukraynada nəzərdə tutulan məqsədlərə sərf olunmadığı, hətta mənimsənildiyinə dair informasiyalar yayıldı. Paralel şəkildə, uzanan müharibə fonunda Qərbin özündə də bir sıra neqativlərin baş verdiyi izlənilir. İndi aydın şəkildə dərk olunur ki, sanksiyalardan itirən yalnız Rusiya deyil, elə Qərb dövlətlərinin özü də bundan ziyan çəkirlər. Necə deyərlər, sanksiyalar ikibaşlı dəyənək kimi, həm Rusiyanı, həm də bu sanksiyaları tətbiq edən ölkələrin özlərini döyür. Bütün bu kimi proseslərə görə də Qərbdə müharibəyə baxışların və yanaşmaların dəyişdiyi, başqa sözlə desək, ayrı-ayrı dövlətlərin artıq müharibədən yorulduğu sezilir. Bu gün ABŞ-da və Avropada müharibənin əvvəlki mərhələsində Ukraynanın dəstəklənməsi üçün nümayiş etdirilən həvəsin qalmadığı və yaxud hədsiz dərəcədə azaldığı aydın görünür. Bir qədər bundan əvvəl Ukrayna prezidenti V.Zelenski Qərb turnesinə çıxdı. Məqsəd tərəfdaş dövlətlərin Ukraynaya yeni yardım paketləri ayırmalarına nail olmaq idi. Məsələn, V.Zelenski ABŞ Senatının üzvləri ilə görüşdə onları Ukraynada ciddi korrupsiyanın olmadığına və bununla bağlı xəbərlərin Kiyevə yardım göstərilməsinə mane olmayacağına inandırmağa çalışıb. Bu barədə CNN telekanalı məlumat yayıb. Cənubi Dakotadan olan respublikaçı senator Mayk Roundsun sözlərinə görə, Zelenski senatorları Amerikanın vəsaitlərinin mənimsənilməyəcəyinə inandırmağa çalışıb. Senator, Ukrayna liderinin Kiyevin yardım şəklində almaq istədiyi dəqiq məbləği açıqlamayıb. ABŞ Prezidenti Co Bayden Zelenski ilə görüşdə Ukraynaya yeni yardım paketini elan etsə də, Nümayəndələr Palatasından bununla bağlı müvafiq sənədi təsdiqləməyi tələb edib. Lakin vəziyyət hələ də dəyişməyib.
Bütün bunlar indiki dönəmdə Ukrayna üçün mənfi siqnallardır. Yeri gəlmişkən, ümidsizlik və məyusluq V.Zelenskinin son açıqlamalarında da hiss olunur. O, əks-hücum əməliyyatlarının başlaması ərəfəsində daha cəsarətli görünür və tamam fərqli ritorikada danışırdı. İndi Ukraynadan gələn məlumatlarda hücum ritorikası yerli-dibli yoxdur. “Ukrayna cəbhəsindəki vəziyyət böhranlı deyil. Lakin qış dövründə həm hücum, həm də müdafiə xarakterli əməliyyatlar səngiyir, buna görə də, indi hücumların qarşısını almaq vacib məsələdir”. Bunu V. Zelenski Şimali Avropa Ölkələri Sammitinin iştirakçıları ilə keçirilən mətbuat konfransında bildirmişdi. Göründüyü kimi, hazırda Ukraynada müzakirələr daha çox müdafiənin qurulmasından gedir. Belə vəziyyətdə əvvəllər itirilmiş sayılan ərazilərin geri qaytarılması prioriteti arxa plana keçib.
Ötən dövrdə Ukraynaya yardım düşərgəsinin lideri qismində məhz ABŞ çıxış edib. C.Bayden iqtidarı öz ənənəsinə bu gün də sadiq qalmaq istəyir. Bugünlərdə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ağ Ev Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləyib. Lakin ABŞ-da digər ölkələr kimi, Ukraynaya yardım göstərilməsi də yalnız C.Baydenin iradəsindən asılı deyil. Hələlik ABŞ Konqresi ilə Ukraynaya əlavə yardım ayrılmasında razılığa gəlmək mümkün olmur. “Konqres əlavə yardım göstərməsə, bu, Ukraynaya təmin edə biləcəyimiz son təhlükəsizlik yardım paketlərindən biri olacaq”, - deyə Blinken açıqlamasında bildirib. Eyni zamanda, Ukraynaya yardım göstərilməsinin respublikaçılar tərəfindən mövcud iqtidara qarşı təzyiq vasitəsinə çevrildiyi müşahidə edilir. Bu xüsusda respublikaçı senator Coş Houlinin fikirləri diqqət çəkir. Respublikaçı senatorun iddialarına görə Ukrayna Avropanın problemidir.
Rusiyanın öz məqsədindən dönməməsi Ukraynanın vəziyyətini daha da çətinə salıb. Xatırladaq ki, bu yaxınlarda prezident Vladimir Putin keçirdiyi mətbuat konfransında Rusiyanın öz məqsədinə çatanadək xüsusi hərbi əməliyyatların davam edəcəyini bildirib. Hərbi yardımın azalması isə Ukraynanın vəziyyətini daha da çətinləşdirir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

