“Qara pul” dövriyyəsi ifşa edildi
28.10.2023 [11:00]
Avropanın 400 milyon avrosu İrəvanda necə “yoxa çıxıb”?
Ermənistana son aylarda “ianə”, “yardım” adı altında dünyanın bir sıra ölkə və təşkilatlarının milyonlarla pul ayırdığının şahidiyik. Həddindən artıq böyük rəqəmlərlə müşayiət olunan bu pulların sözdə fərqli sahələrin inkişafı, hətta humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulsa da, əslində, onun başqa “işlərdə” istifadə edilməsi aşkara çıxır. İllərdir ki, Ermənistana yardım adı altında davam etmiş “çirkli pulların yuyulması” prosesi fərqli məcrada inkişaf etməkdədir. Belə ki, Ermənistanla “yaxın əlaqələrə malik” ölkələr və təşkilatlar son aylarda yeganə hədəfə fokuslanıblar: onlar İrəvanın “köməyi” ilə köhnə silah-sursat arsenalını “əldən çıxarır”, bunun pulunu isə Ermənistana ayrılan ianələrin hesabına ödədirlər. Bir sözlə, Fransa və onun şərikləri Ermənistanın əli ilə pullarını bir cibdən digərinə qoyurlar. Əks halda, ayrılan bu qədər pul haraya və necə xərclənir. Çünki ortada nəinki bir hesabat yoxdur, hətta rəsmi şəkildə bəyan edilən sahələrin inkişafına ayrılan pulların əks-sədası belə duyulumur. Başqa sözlə, Avropanın “maddi yardımları” İrəvandakı siyasi hakimiyyətə gəlib “çatan kimi” yoxa çıxır...
Sözdə “yardım”...
Bunu Ermənistan ictimaiyyəti də təsdiqləyir. Hətta erməni mediası öz hakimiyyətindən bunun hesabatını belə soruşur. Məsələn, erməni mediasında yer alan yazılarda qeyd olunur ki, Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Avropa Şurasının Ermənistana verdiyi vəsaitdən də danışmışdı. Avropa İttifaqı ilə münasibətlərin gündəliyinin genişliyini vurğulayan Paşinyan bildirmişdi ki, mühüm məqsədlərdən biri sabit və balanslaşdırılmış iqtisadi inkişaf, infrastrukturun modernləşdirilməsi, rəqəmsallaşma və texnoloji inkişaf, eləcə də Aİ-nin iqtisadi və investisiya planı çərçivəsində həyata keçirilən proqramlara yeni təkan və miqyas verməkdir. Hətta Ermənistanın cənub rayonlarının dayanıqlılığının artırılması proqramı çərçivəsində müxtəlif maliyyə mənbələrindən əldə olunmuş və həyata keçirilən 400 milyon avrodan artıq dəyərə malik layihələrin icrasına başlanıldığı önə çəkilmişdi. Bunun isə təqribən 270 milyon avrosu kiçik və orta sahibkarlığın maliyyəyə çıxışı üçün, 34 milyon avroya yaxını texnoloji inkişafa, təxminən 43 milyon avrosu Sünikin dayanıqlığının artırılmasına, 62 milyonu isə yaşıl inkişaf xəttinə və İrəvana nəzərdə tutulub”.
270 milyon avro erməni olqarxlarının “sərəncamındadır”...
Təbii ki, rəqəmlər olduqca böyükdür - amma bütün bunlar yalnız quru sözdən ibarətdir. Ermənistan ictimaiyyəti və mətbuatı etiraf edir ki, kiçik və orta sahibparlığın inkişafına yönəldilməsi nəzərdə tutulan 270 milyon avronu ya hökumət oliqarxlarının biznesində, ya da tamam başqa yerdə axtarmaq lazımdır. Texnoloji inkişaf üçün ayrılmış 34 milyon avro isə tamamilə ortadan “qeyb” olub. Çünki Ermənistanda texnologiyanın inkişafı sahəsində heç bir addım atılmayıb - başqa sözlə, Sovet dövründən qalma Ermənistan öz “həyatını” davam etdirir. Bu ölkədə hətta bir vaxtlar “informasiya texnologiyaları sahəsində uğurlardan”, yaxud elmin müxtəlif sahələrindəki “tərəqqidən” yalandan da olsa, danışılırdısa, artıq buna da ehtiyac duyulmur.
Sünikin 43, İrəvanın 62 “milyon avrosu” qeyb olub...
O ki qaldı, Sünikin dayanıqlığının artırılması üçün ayrılmış 43 milyon avroya, bu da Paşinyan hakimiyyəti tərəfindən “silinib”. İrəvanın “yaşıllaşdırılması”, “dirçəldilməsi” üçün ayrılan 62 milyon avrodan da xəbər yoxdur. Əksinə, qış fəslində qızınmaq üün meşələri qıran ermənilər ortadakı yaşıllıqları belə ziyan edirlər. Ermənistan mətbuatı yazır ki, Avropa Parlamentinin ayırdığı puldan yalnız bir şey görünür - polis “islahatı”. Bəli, polisdə çox şey dəyişib, amma cinayətlərin qarşısının alınması və ya açılması baxımından deyil - bu “fəaliyyət” özündə polisin baş nazir Paşinyanın təhlükəsizliyinə və müdafiəsinə nəzərən daha qabarıq hiss etdirir.
Ermənistanın pul dövriyyəsi...
Buna əlavə olaraq isə son bir ayda Ermənistana Qarabağdan könüllü getmiş ermənilərə ayrılan 50 milyon avroya yaxın vəsatin də ortada olmaması maraqlı mənzərə formalaşdırır. Demək ki, bu pullar Ermənistan hakimiyyətinə “ağardılması” üçün verilir. Eyni zamanda, qeyd olunduğu kimi burada həm Paşinyan hakimiyyətinin “faizi”, həm də satılan silahların pulu da var. Başqa sözlə, Paşinyanın “yaxın tərəfdaşlıq”, “yaxın əlaqələr” deyə bəhs açdığı yaxınlıq qara pul dövriyyəsindən başqa bir şey deyil. Bu “qara pul” dövriyyəsi isə Ermənistana və onun xalqına ağ günlər vəd etmir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

