Yeni dünya nizamı...
15.09.2023 [11:07]
Böyük dövlətlərin dünyada hegemonluq uğrunda mübarizəsi yeni çağırışlar yaradır
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In sentyabrın 12-də zirehli qatarla Rusiyaya səfər etdi. KXDR-in rəhbəri sonuncu dəfə Rusiyada 2019-cu ildə olub. Bu isə Kim Çen Inın COVID-19 virusu yayılmağa başlayandan sonra xaricə ilk səfəridir.
Səfərin məqsədi
Vladimir Putin və Kim Çen In arasında danışıqlar Amur vilayətindəki “Vostoçnı” kosmodromunda reallaşıb. Əvvəlcə liderlər nümayəndə heyətlərinin iştirakı, sonra isə təkbətək danışıqlar aparıblar. Gündəliyə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələr və mədəni mübadilələr, eləcə də regionda və bütövlükdə dünyada vəziyyət daxil edilib. İki ölkənin liderləri rəsmi naharda ünsiyyətlərini davam etdiriblər.
Şimali Koreyanın rəhbəri ölkəsinin “imperializm ilə mübarizədə” daim Rusiyanın yanında olduğunu, eləcə də Vladmir Putinin və Rusiya hakimiyyətinin bütün qərarlarını dəstəklədiyini bildirib. Kim Çen In Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib. Bu barədə məlumat verən “Koreya səsi” dövlət radiosu Putinin dəvəti qəbul etdiyini bildirib.
Yeni silahlar alınır?
“Bloomberg” agentliyi ABŞ kəşfiyyat nümayəndələrinə istinadla məlumat yayıb ki, Kim Çen Inın Rusiya Federasiyasına səfərinin əsas məqsədi silah müqaviləsi bağlamaq olub. Şimali Koreyanın 122 və 155 mm-lik artilleriya mərmiləri və 122 mm-lik raket ehtiyatları var ki, buna da Rusiya ordusunun çox ehtiyacı var. Ola bilsin ki, bu silahlardan bəziləri artıq Ukraynada döyüş meydanında görünüb. ABŞ bildirir ki, Şimali Koreya ötən ilin dekabrında “Vaqner”ə Ukraynada istifadə üçün nəzərdə tutulan silahların ilk tədarükünü başa çatdırmışdı. Daha sonrakı tədarüklər Rusiyaya silah-sursat ehtiyatını artırmaq üçün vaxt verə bilər. Şimali Koreyanın bəzi köhnə mərmiləri etibarsız hesab edilir, lakin Ukraynada davam edən tükətmə müharibəsində artilleriya atəşinin intensivliyi önəmlidir. Ən azı əlavə sursat Rusiyaya döyüşü davam etdirməyə kömək edərdi.
ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır
Eyni zamanda, qeyd edilir ki, Rusiyanın əvəzində verə biləcəyi pul, ərzaq və ya enerji yardımı Şimali Koreyaya nüvə və ballistik raket proqramlarına daha çox resurs ayırmasına imkan verəcək. Daha təhlükəlisi odur ki, Rusiya texnologiyası və təcrübəsi Şimali Koreyaya sualtı qayıq və peyk proqramlarına mane olan texniki maneələri dəf etməyə və Pxenyanın nüvə raketlərini daha ölümcül hala gətirməyə kömək edə bilər.
Birləşmiş Ştatlar və onun Asiya və Avropadakı müttəfiqləri isə bu cür əməkdaşlığı pozmaqda açıq şəkildə maraqlıdırlar. Rusiya və Şimali Koreya arasındakı ortaq sərhəd olmasa da, bütün silah tədarükünü qadağan etmək üçün seçimlər məhduddur. Bununla belə, ABŞ və tərəfdaşları bu prosesdə iştirak edən hər kəsi cəzalandırmaq üçün sanksiyalar tətbiq edə bilər. Xüsusilə, Şimali Koreyanın nüvə silahına malik olması ABŞ-ı ciddi narahat edir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ administrasiyası hələ də nüvə problemi ilə bağlı Şimali Koreya ilə danışıqlara hazırdır, ancaq Pxenyanın bu cür təmaslara marağını görmür. “Bizim tərəfimizdən danışıqlar üçün qapı açıqdır”, - deyə o vurğulayıb. Eyni zamanda qeyd edib ki, Şimali Koreyanın son illərdəki hərəkətləri onun dialoqa hazır olmadığını göstərir. Rusiya və Şimali Koreya liderləri arasında aparılan danışıqlarla bağlı sualları cavablandıran M.Miller bildirib ki, ABŞ bu mövzunu yaxından izləyir.
Blinkendən “yeni dünya nizamı” açıqlaması
Bu arada ABŞ dövlət katibi Antoni Blinken maraqlı bəyanatla çıxış edib. O, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib ki, ABŞ ilə Rusiya və Çin arasında artan geosiyasi rəqabət “soyuq müharibə”dən sonra yaranmış dünya nizamının sona çatmasından xəbər verir. “İndi qarşılaşdığımız “soyuq müharibə”dən sonrakı nizamın sınağından daha böyük məsələdir. Bu, onun sonudur”, - deyə o vurğulayıb. Blinken Rusiyanın Ukraynada apardığı müharibəni “beynəlxalq nizama birbaşa və ən kəskin təhdid” adlandırıb.
ABŞ dövlət katibi hesab edir ki, Çinin iqtisadi, diplomatik, hərbi və texnoloji gücünü artırması da beynəlxalq nizama təsir edən faktordur. Blinken bu gün dünyada baş verənləri dönüş nöqtəsi adlandırıb: “Bir dövr başa çatır, digəri başlayır”.
Göründüyü kimi, dünyada artıq beynəlxalq hüquq işləmir. Bunun əsas səbəbi isə böyük güclərin maraqları ilə bağlıdır. Ona görə də, bu gün dünya nizamı dəyişməkdədir. ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin gərginliyi, artan konfrantasiyalar dünya nizamına ciddi təsir etməkdədir. ABŞ-ın birqütblü dünya yaratmasına əngəl olmağa çalışan Rusiya öz tərəfdaşları və müttəfiqləri ilə əlaqələri gücləndirir. Şimali Koreya liderinin məlum səfəri bu kontekstdən də şərh edilə bilər. Bütövlükdə isə, böyük dövlətlərin dünyada hegemonluq uğrunda mübarizəsi dünya nizamını pozmaqla digər milli dövlətləri və xalqları yeni çağırışlarla üz-üzə qoyur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

